Slimfit
  1. AZƏRBAYCAN

Məktəblilərə şəxsiyyət vəsiqəsi verildi

Məktəblilərə şəxsiyyət vəsiqəsi verildi
Sakura

Məktəblilərə şəxsiyyət vəsiqəsi verildi

Təhsil müəssisələrində "Sənədsiz məktəbli qalmasın” aksiyasına start verilib. "Qafqazinfo"ya daxil olan məlumata görə, Təhsil Nazirliyi və “ASAN xidmət”in birgə təşkilatçılığı ilə keçirilən aksiyanın əsas məqsədi şagirdlərin vaxt itkisi olmadan müvafiq xidmətlərdən yararlanmalarını təmin etməkdən ibarətdir. Tədris ilinin ilk aksiyası Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 244 nömrəli tam orta məktəbdə təşkil olunub. 

Aksiya çərçivəsində Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrinin şagirdlərinə şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi təmin edilir. Aksiya zamanı dövlət xidmətlərinin daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasında səyyar “ASAN xidmət”in böyük rolu olduğu bildirilib. Həmçinin məktəblərdə şəxsiyyət vəsiqələrinin verilməsinin şagirdlərin uçot sisteminin daha səmərəli təşkili və valideynlərin rahatlığı baxımından mühüm əhəmiyyət kəsb etdiyi qeyd olunub.

Valideynlərin nəinki məktəbyaşlı övladlarına, eləcə də 5 yaşına qədər uşaqlarına şəxsiyyət vəsiqələri almasının məktəbəhazırlıq qrupları və I sinfə qeydiyyat prosesini asanlaşdırdığı vurğulanıb. Bu, ümumi təhsil müəssisələri üzrə şagird kontingenti proqnozunun düzgün müəyyənləşdirilməsi, məktəblilər haqqında statistik hesabatların dəqiq göstəricilərinin formalaşması, icbari təhsilin həyata keçirilməsinə rəhbərlik və nəzarətin gücləndirilməsi imkanlarını daha da artırır. Hər bir şagirdin şəxsiyyət vəsiqəsi əsasında elektron bazaya daxil edilməsi Ümumi Təhsilin İnformasiya Sistemini (ÜTİS) təkmilləşdirməklə yanaşı, qarşıya çıxan digər müvafiq sualların da aradan qaldırılmasına xidmət edir.

Qeyd edək ki, həyata keçirilən tədbirlər sayəsində I sinfə şagird qəbulu zamanı şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçirilən uşaqların sayı ilbəil artmaqdadır. Belə ki, 2015-2016-cı tədris ilində şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçənlər 5 faiz, 2016-2017-ci tədris ilində 48 faiz, 2017-2018-ci tədris ilində 67 faiz, 2018-2019-cu tədris ilində 89 faiz təşkil edirdisə, 2019-2020-ci dərs ilində isə bu göstərici 90 faizə yüksəlib. Ümumilikdə 2017-ci ildən etibarən "Sənədsiz məktəbli qalmasın” aksiyası çərçivəsində məktəblilər bu xidmətdən yararlanır. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Uşaqların ağlaması dünyada ən qıcıqlandırıcı səsdir

Redaktor seçimi

SON XƏBƏRLƏR