Slimfit
  1. CƏMİYYƏT

Məktəbli qıza qarşı qeyri-etik davranışla əlaqədar cinayət işi başlandı: valideynlər də istintaqa cəlb olunub

Məktəbli qıza qarşı qeyri-etik davranışla əlaqədar cinayət işi başlandı: valideynlər də istintaqa cəlb olunub
Sakura

Məktəbli qıza qarşı qeyri-etik davranışla əlaqədar cinayət işi başlandı: valideynlər də istintaqa cəlb olunub

Sosial şəbəkələrdə yayılan videoda yeniyetmə qıza qarşı baş verənlər - 156 nömrəli məktəbin şagirdlərindən birinin digərinə qarşı qeyri-etik hərəkətlərilə əlaqədar cinayət işi başlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəhbəri Elşad Hacıyev məlumat verib.

Elşad Hacıyevin sözlərinə görə, ilkin araşdırmadan sonra baş verən hadisədə cinayət tərkibi olduğu aydınlaşıb.

“Əməldə xuliqanlıq cinayətinin tərkib əlamətləri var. Buna görə fakt üzrə cinayət işi qaldırıldı. İstintaq hərəkətləri davam etdirilir”, - DİN rəsmisi bildirib.

Bizimyol.info xəbər portalının əldə etdiyi məlumata görə, sosial şəbəkələrdə fevralın 19-da bu görüntülər yayılanda artıq polis orqanları hadisədən məlumatlı idi və araşdırmalar başlamışdı. Çünki zərərçəkən və onun valideyni polisə şikayət edib, sözügedən görüntülər təqdim olunub. Videodakı yeniyetmələrin valideynləri polisə çağırılıb, onların da izahatları alınıb. Həmçinin yeniyetmələrlə bağlı müxtəlif ekspertizalar təyin olunub.

Hazırda Xəzər rayon Polis İdarəsinin İstintaq şöbəsində bu bu cinayət işi üzrə araşdırmalar davam edir.

Direktor: “Dedi ki, zarafat məqsədilə eləmişəm”

Xəzər rayonu, Şüvəlan qəsəbəsindəki 156 saylı məktəbin direktoru Gülər İsmayılova bildirib ki, hadisə yanvarın 17-də günorta saat 15.00 radələrində məktəbdən kənar yerdə baş verib. Onun sözlərinə görə, hadisənin iştirakçısı olan 3 nəfərdən yalnız biri – nalayiq hərəkətə yol verən qız məktəbin şagirdidir. Zərərçəkmişin, eləcə də videoçəkiliş aparanın məktəbə aidiyyəti yoxdur. Onların qonşu olduğu bildirilir.

Məktəb rəhbərliyi hadisədən fevralın 14-də xəbər tutub

Direktor onu da əlavə edib ki, bu hərəkətə yol verən şagirdlə bağlı əvvəllər məktəbdə heç bir neqativ hal baş verməyib: “Fevralın 14-də biz hadisə barədə məlumat alan kimi valideyni və şagirdi məktəbə dəvət etdik. Şagirdlə psixoloq söhbət aparıb. Şagirdin dediyinə görə, zarafat məqsədilə edib, hərəkətindən peşmandır.

Xatırladaq ki, hadisə zamanı məktəbin XI sinif şagirdi olan qız, 2023-cü ildə IX sinifdən məzun olmuş digər qıza qarşı alçaldıcı, qeyri-etik hərəkətlər edir. Daha bir nəfər isə bunu kənardan telefonla çəkir. Bu hadisə məktəbdən kənarda baş verib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gözəl süni şəlalə

Redaktor seçimi

SON XƏBƏRLƏR