Slimfit
  1. CƏMİYYƏT

Məktəbli formalarının qiymətində dəyişiklik olacaqmı? - RƏSMİ

Məktəbli formalarının qiymətində dəyişiklik olacaqmı? - RƏSMİ
Sakura

Məktəbli formalarının qiymətində dəyişiklik olacaqmı? - RƏSMİ

“Məktəbli formaları ilə bağlı bizə hər hansı bir göstəriş olmayıb, amma tikiş işlərinə başlanılıb”. 

Ens.az xəbər verir ki,bunu “MediaPost”a açıqlamasında Bakı Tikiş Evinin (BTE) satış şöbəsinin müdiri Etibar Əzimov deyib. O bildirib ki, hazırda məktəbli formalarının hansı ölçüləri yoxdursa, onlar tikilir:

“Bizdə işlər ilboyu dayanmadan gedir. Camaat da gəlir alır. Bu, mövsümi xarakterli bir iş deyil. Satış həmişəki kimi ənənəvi qaydada həyata keçirilir.

Hansı çox və ya az satılacaq bilmirik, amma ölçüləri az qalan formalardan dərhal tikib hazırlayırıq. İndi elə böyük bir satış yoxdur. Hər kəs gözləyirdi ki, məktəblərlə bağlı qərar verilsin, ondan sonra forma alsın”.

E.Əliyev formaların qiymətində hər hansı bir dəyişiklik olmadığını söyləyib:

“Ümumiyyətlə, 2017-ci ildən bəri qiymətlər eynidir:

Köynək - 8 manat,

Şalvar - 42 ölçüyədək 15 manat, 54 ölçüyə kimi 18 manat,

Pencək – 25 manat,

Yubka – I-VI sinif şagirdləri üçün 15 manat, böyük siniflər üçün aşırma (sarafanla) olan 18 manat,

Jilet – 8 manat”.

E.Əliyev həmçinin yeni məktəbli formalarının təsdiqlənmədiyini, bu vaxta qədər satışda olan formalardan tikildiyini bildirib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Süleyman Rüstəmin bacısı yazıçı Cəlal Bərgüşadın həyat yoldaşı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR