Məktəbli formaları şagirdlərə pulsuz paylanıla bilərmi?- AÇIQLAMA
Koronavirus pandemiyasının Azərbaycanda yayılmasına görə 2020-ci ilin mart ayının 3-dən bütün təhsil müəssisələri tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul olunub. Əldə olunan məlumatlara görə, məktəblərin sentaybrın 15-dən yenidən fəaliyyətə başalaması nəzərdə tutulur. Ancaq məkətblərin açılması pandemiyadan zərər çəkmiş, işsiz qalmış və gəliri azalmış valdeynlərin maddi vəziyyətininə mənfi təsir edib. Bunlardan biri də valideynlərin uşaqlarına məkətəbli formasını almasıdır. Bəzi ailələrin maddi imkanları zəif olduğundan məktəbli formaları almaqda çətinlik çəkə bilərlər.
Belə ki, məktəbli formaları dövlət tərəfindən müəyyən güzəştlərlə və yaxud pulsuz şəkildə paylanıla bilərmi? Bununla bağlı təhsil eksperti Kamaran Əsədov Sonxeber.az-a açıqlama verib.
Təhsil eksperti, "dövlətimiz yeni tədris ilinin başlanğıcında insanlara məkətbli fomalarının pulsuz verilməsi və ya digər istiqamətlərdə yardım göstərəcəyini" bildirib.
"Bu gün ölkədə 4447 məktəbdə 1.6 milyon şagird təhsil alır və onlardan 167 min şagird 1-ci sinifə gedəcək. 2020-ci ilin sentyabr ayında orta ümumtəhsil məktəblərinin açılması şagirdlərin yeni geyim və çanta alması məsələsini ortay çıxardıb. Əvvəlki illərdə oxuyan uşaqlar köhnə formalarından istifadə edə bilər, ancaq məktəbə yeni başlıyacaq şagirdlər üçün yeni forma mütləq şəkildə təmin edilməlidir. Bildiyiniz kimi mart ayının 3-dən bəri ölkədə özəl sektorların fəaliyyətinin tamamilə dayandırılması ilə insanların gəlirlərinin aşağı düşməsinə səbəb olub. Ölkə prezidenti İlham Əliyev pandemiyadan zərər çəkmiş, iş yerini itirmiş, gəliri aşağı düşmüş ailələrin təhsil haqqlarının ödənməsi ilə bağlı 40 milyon manat vəsit ayırdı və 20 min tələbənin həm ikinci semestr həmb də sentyabrdan başlıyacaq birinci semestrin təhsil haqqları dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Bundan başqa ölkə prezidentin təşəbüsü ilə koronavirus fondu yaradılıb və bura kifayət qədər böyük məbləğdə vəsait cəlb olunub. Bunları əsas götürərək hesab edirəm ki, dövlətimiz yeni tədris ilinin başlanğıcında insanlara məkətbli fomalarının pulsuz verilməsi və ya digər istiqamətlərdə yardım göstərəcək. Ümumiyyətlə dövlətin təhsil istiqamətində yeni sosial layhiyələr həyata keçirəcəyini gözləyirəm".
Kamaran Əsədov əlavə olaraq bildirib ki, "Heydər Əliyev Fondu keçən il 10 minə yaxın şagirdin geyim, çanta və məktəb ləvazimatları ilə təmin olunmasında vətəndaşlarımıza böyük yardımlar göstərib. Buna görə düşünürəm ki, şagirdlərin məktəbli formasının pulsuz verilməsi istiqamətində dövlətimizin vətəndaşlarımıza yardımlar edəcəyini gözləyirəm".
Mənbə: Sonxəbər.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət