Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Məktəbli çantası çəkiyə uyğun olmalıdır

Məktəbli çantası çəkiyə uyğun olmalıdır
Sakura

Məktəbli çantası çəkiyə uyğun olmalıdır

Çanta məktəblilərin hər gün istifadə etdiyi əsas əşyalardan biridir. Ona görə də məktəbli çantasının seçiminə qayğı və diqqətlə yanaşılmalıdır. Seçim zamanı yalnız dizayn və fərdi üstünlüklər deyil, həkim tövsiyələrini də nəzərə almaq vacibdir. Ümumiyyətlə bu sahədə müəyyən tibbi normalar var.

AZƏRTAC xəbər verir ki, həmin normalara əsasən uşaq öz çəkisinin 10-12 faizindən artıq çəki qaldırmamalı və daşımamalıdır. Uşağın çəkisi 30 kiloqramdırsa, onun məktəbli çantası 3,6 kiloqramdan artıq olmamalıdır.

Ağır çanta qaldıran və daşıyan məktəblilərin onurğa sütunu böyük təhlükə altında olur. Uşağın qaməti pozulur, nəticədə müxtəlif onurğa əyrilikləri meydana çıxır. Həmçinin belə yüklənmə fəqərələrarası disklərin sağlamlığına çox mənfi təsir edir və gələcəkdə onların daha tez dağılması və yırtıqların əmələ gəlməsinə səbəb ola bilər. Uşağın onurğa sütunun formalaşmaması və kifayət qədər zəif olması pozulmaların əmələ gəlmə ehtimalını da artırır. Belə ki, ağır çanta daşıyan məktəblilər əyilməyə məcbur olur. Bu, qeyri-normal duruş səbəbilə uşağın diafraqması qarnına sıxılır, nəticədə daxili orqanlarda sıxılma, gərginlik, eləcə də qan dövranında pozulmalar əmələ gəlir . Bundan başqa ağır çanta uşaqlarda travma ehtimalını da artırır. Məsələn, uşaq pilləkənlə qalxdıqda tarazlığını saxlaya bilməyib yıxıla bilər.

Düzgün seçilən məktəbli çantası nəinki şagirdin yükünü azaldır, həm də onun sağlamlığını qorumağa kömək edir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əhməd Cavadın 1914 cü ildə Gəncə şəhərində yazdığı "Çırpınırdı Qara dəniz" şeirinin orjinal mətni

Redaktor seçimi

SON XƏBƏRLƏR