Slimfit
  1. GÜNDƏM

“Məktəblərimizdə musiqi fənninin tədrisi hansı durumdadır? LAYİHƏ - Problemlər, təkliflər, nümunələr” - II

“Məktəblərimizdə musiqi fənninin tədrisi hansı durumdadır? LAYİHƏ - Problemlər, təkliflər, nümunələr” - II
Sakura

“Məktəblərimizdə musiqi fənninin tədrisi hansı durumdadır? LAYİHƏ - Problemlər, təkliflər, nümunələr”…

“Ens.Az” və “Demokratik.Az” xəbər saytları “Məktəblərimizdə musiqi fənninin tədrisi hansı durumdadır? LAYİHƏ - Problemlər, təkliflər, nümunələr” adlı birgə araşdırma mövzusunu davam etdirir. 

İkinci yazımıza keçid alırıq. Bu dəfə son illərin bir neçə nümunəvi olayı, yerli medianın diqqətindən kənarda qalan bir neçə tədbiri sizlərə təqdim etməyi lazım bilirik. Və sevinirik ki, aşağıda sadalananlar mövzumuza nikbinlik verir.

Beləliklə, internet səhifələrində gəzinti edərkən məktəbliləri nəğmə vərdişlərinə səsləyən, bəzi universitetlərin – əsasən, Azərbaycan Dövlət Pedoqoji Universitetinin timsalında musiqi fənni üzrə gənc və innovativ pedoqoqların yetişməsini şərtləndirən, lokal da olsa təşkil olunmuş bir neçə maarifləndirici tədbirlərin təşkilinə, fənnin praktik tədris metodlarına rast gəlinir. 

Son illər Bakıda keçirilmiş 1 iyun “Xoşbəxt olsun uşaqlar” layihəsi və buna bənzər bir sıra açıq tədbirlər birbaşa və dolayısı yolla ictimai marağı musiqi fənninin tədrisi zamanı şagirdlərin milli-mənəvi tərbiyəsinin vacibliyinə yönəldir. Zənnimizcə, bu kimi praktikanın bütün ölkə üzrə tətbiqinə də geniş yollar açılıb. Qalır buna ümid etmək və inzibati resursların iradəsilə bütün ölkəmizdə tətbiqinə çalışmaq...

*****

Diqqət edib görürük ki, ötən il aprelin 19-da Beynəlxalq Muğam Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönömünə həsr olunmuş Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetlərinin birqə Azərbaycanda ilk dəfə olaraq “Musiqi müəllimliyi” ixtisası üzrə “Gələcəyin müəllimi” I Açıq Musiqi Müsabiqəsinin açılış konserti keçirilib. 

Bu cür vacib və cəlbedici musiqi müsabiqəsinin Azərbaycanda ilk dəfə keçirilməsi sevindirici olub. Müsiqi müsabiqəsi medianın diqqətindən xeyli yayınsa da, təhsil ictimaiyyətinin diqqətini çəkib.

************

2019-cu il mayın 14-də Şəki şəhərində ADPU-nun Şəki filialında keçirilmiş “Unutsaq unudularıq” layihəsi də alqışalayiq tədbirlərdəndir. Tədbirin Azərbaycanın Milli Qəhrəmanları, Fransa müqavimət hərəkatının görkəmli nümayəndələrindən olan Əhmədiyyə Cəbrayılovun və Mikayıl Əhmədiyyə oğlu Cəbrayılovun həyat və fəaliyyətlərini, mübarizəsini və qəhrəmanlığını əks etdirməsi, qəhrəmanımızın video görüntülərlə və çıxışlarla yad olunması vətənpərvərlik ruhunu, Vətənə, torpağa olan sevgini musiqinin dilində ifadə edə bilib. Tədbirdə iştirak edən Fransalı qonaqlar da milli qəhrəmanın xatirəsinə vətənpərvərliyimizin təbliğindən sövq alıb.

************

Ötən il 1 iyun – “Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş Uşaq festivalı öz möhtəşəmliyi ilə demək olar ki, bir ilkə imza atıb. BŞTİ və Azərbaycan Dövlət Pedaqoji Universitetinin təşkilatçılığı ilə yaradılan xor kollektivi “Xoşbəxt olsun uşaqlar” layihəsi ətrafında könüllü olaraq 33 ümumtəhsil müəssisəsini birləşdirə bilib. ADPU-nun 15 nəfərdən ibarət xor qrupu da daxil olmaqla, birləşmiş xor kollektivi 8-14 yaşlı şagirdlər də olmaqla, ümumilikdə 500 məktəblidən ibarət birlik olub. 

Paytaxtda keçirilmiş həmin nadir layihənin də əsas məqsədi məktəblərarası mədəni əlaqələrin möhkəmləndirilməsi və ümumi təhsil müəssisələrində uşaq-xor fəaliyyətinin genişləndirilməsindən ibarət olub. 

Sevindirici haldır ki, Bakı məktəblilərindən ibarət birləşmiş xor kollektivi mütamadi olaraq Təhsil Nazirliyi tərəfindən keçirilən konfranslarda, bir çox şəhər tədbirlərində dövlət himnini oxumaqla insanlara xoş xatirələr yaşadır. Şagirdlərdən ibarət bu cür istedadlı xor qruplarının ölkənin bütün şəhər və rayonlarında olmasına çalışılmalıdır. 

Onu da bildiririk ki, internet resurslarından tapıb sizlərə təqdim etdiyimiz bu kimi müsbət nümunələrdə layihənin müəllifi ADPU-nun baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru, musiqişünas alim Nərmin Kamilovadır.

Yaxın günlərdə adıçəkilən təşkilatçının mövzuya dair fikirlərini də öyrənməyə, ondan müsahibə almağa çalışacağıq...

Hazırladılar: Ens.Az və Demokratik.Az saytları - mövzuya özəl olaraq;

İlk yazımızın linki:

[haber=142037]

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Axan bir çayın kənarında olsanız belə, suyu israf etməyin" Məhəmməd peyğəmbər Avstraliyada suların üzərində yazılıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR