Məktəblərdə vərəm təhlükəsi - Uşaqlar arasında vərəm niyə yayılır?
Son günlərdə məktəblərdəki şagirdlərdən birində vərəm aşkarlanması yoxlanışlarla bağlı məsələni gündəmə gətirib. Orta təhsil müəssisələrində yoxlanışların aparılması məsələsi ilə bağlı sual yaranıb.
Tibb üzrə ekspert Pərvanə Əliyevanın sözlərinə görə, tibbi yoxlanışlar poliklinikalardan həkimlər dəvət olunmaqla əsasən 4,9, 10 və11-ci siniflər arasında keçirilir:
"Müayinələr qrup şəklində aparılır. Əgər şagirddə problem aşkar olunarsa, valideyninə xəbər verilir. Və həmin uşaq müalicə üçün poliklinikaya yönəldilir. Kütləvi yoluxucu xəstəliklərə qarşı ildə 1 dəfə yoxlanış aparılması mütləqdir. Lakin bir sıra məktəblərdə kifayət qədər həkim və tibb bacısı yoxdur."
Sözügedən məsələ ilə bağlı Baş Səhiyyə Mərkəzinin şöbə müdiri Ayna Sultanova bildirib:
"Şagirdlərin yoluxucu xəstəliklərə qarşı yoxlanışı ildə 1 dəfə müayinə olunurlar. Uşaqlara doğumdan 2 gün sonra ilk vaksini vurulur. İbtidai sinif dövründə onlar təkrar müayinədən keçir, pediatr risk qrupuna daxil olan uşaqları müəyyən edir. Uşaqların məktəbdə yoxlanışı isə pediatr və tibb bacısı tərəfindən aparılır."
Elm və Təhsil Nazirliyi məlumat verib ki, müayinə üçün məktəblərdə kifayət qədər otaq və ləvazimat ayrılıb. Bununla belə təhsil alanlara tibbi xidməti ərazidəki poliklinikalar göstərir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət