"Aidiyyatı qurumlar təklifimizə qoşularsa, çox işlər əldə edə bilərik
Bullinq (məktəblərdə uşaqlara qarşı şiddət) haqqında qanun müzakirəyə çıxarılmalıdır.
Bunu AzNews.az-a açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə 162 saylı orta məktəbin 8-ci sinif şagirdi Elinanın faciəli ölümündən danışarkən deyib. O bildirib ki, qanunda kimlərin məsuliyyətə cəlb olunması və hansı cəza növlərinin tətbiq edilməsi öz əksini tapmalıdır:
“Biz təşkilat olaraq bullinq (məktəblərdə uşaqlara qarşı şiddət) haqqında qanunun müzakirəsinin gündəmə gəlməsini istəyirik. Qanunda kimlərin məsuliyyətə cəlb olunması və hansı cəza növlərinin tətbiq edilməsi öz əksini tapmalıdır. Bullinq haqqında qanun hazırda bir çox ölkələrdə həyata keçirilir. Bununla bağlı maarifləndirmə işləri aparmaq, insanları məlumatlandırmaq lazımdır. Düşünürəm ki, aidiyyatı qurumlar və qeyri-hökümət təşkilatları təklifimizə qoşularsa, çox işlər əldə edə bilərik. Elinanın ölümü əslində Azərbaycan üçün böyük siqnaldır.
Kəmalə Ağazadə qeyd edib ki, quruma edilən müraciətlərdə valideynlər məktəblərdə uşaqlarına qarşı şiddətin olmasından bəhs edir:
“Söhbət burada məktəbdə təhsil alan uşaqlardan gedir. Həmin şagirdlər və onların valideynləri ilə bağlı söhbətlərin aparılmasına böyük ehtiyac var.
Bahar RÜSTƏMLİ
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət