Slimfit
  1. CƏMİYYƏT

Məktəbəhazırlıq qruplarında məşğələlər həftədə neçə dəfə keçiriləcək? - RƏSMİ AÇIQLAMA

Məktəbəhazırlıq qruplarında məşğələlər həftədə neçə dəfə keçiriləcək? - RƏSMİ AÇIQLAMA
Sakura

Məktəbəhazırlıq qruplarında məşğələlər həftədə neçə dəfə keçiriləcək? - RƏSMİ AÇIQLAMA

Pandemiya şəraitində məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların həftədə neçə dəfə məktəbə gedəcəyi müəyyənləşib.

Ens.az KONKRET.az-a istinadən xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən report-un sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, məktəbəhazırlıq qrupları pandemiya öncəsi dövrdə məktəbə həftədə 4 dəfə gəlirdilər (ümumi 12 məşğələ): “Hazırki şəraitdə bu, regiondan asılı olaraq, 2 və ya 3 dəfə olacaq”.

Xatırladaq ki, dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qrupunda uşaqların ümumi sayının 30 nəfərdən artıq olmasına yol verilmir.

Məktəbəhazırlıq qrupların məşğələlər oktyabrın 1-də başlayır və mayın 31-də başa çatır.

Qruplarda dərs ili iki yarımilə bölünür:

– I yarımil: 1 oktyabr-26 yanvar;

– II yarımil: 1 fevral-31 may.

Dərs ili ərzində aşağıdakı tətillər müəyyən olunur:

– 5 gün payız tətili (16-20 noyabr);

– 5 gün qış tətili (27-31 yanvar);

– 5 gün əlavə tətil (1-5 may).

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli bəstəkarlar Müslüm Maqomayev və Üzeyir Hacıbəyov bacanaq olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR