Məktəbəhazırlığa müraciət niyə şəxsiyyət vəsiqəsilə aparılır?
Təhsil Nazirliyi məktəbəhazırlığa müraciətin niyə doğum şəhadətnaməsi ilə deyil, şəxsiyyət vəsiqəsi ilə aparıldığına aydınlıq gətirib.
Ens.az Konkret.Az-a istinadən xəbər verir ki,Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, həm məktəbəqəbul, həm də məktəbəhazırlıq eyni portal üzərindən həyata keçirilir.
Burada hər iki proses zamanı şəxsiyyət vəsiqəsi nəzərdə tutulub: “Şəxsiyyət vəsiqəsinin bu prosesdə istifadəsi həm də finləşmə prosesini tamamlamaq üçün faydalıdır. Digər tərəfdən, əgər uşaq məktəbəhazırlığa doğum şəhadətnaməsi, məktəbəqəbulda isə şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçərsə, o zaman bir uşağın adı iki fərqli sənəddə çıxacaq. Bu da identiklik problemi yarada bilər. Bütün bu səbəblərdən məktəbəqəbul portalı vahid yanaşmadan çıxış edib. Həm 1-ci sinfə qəbul, həm də məktəbəhazırlıq üçün şəxsiyyət vəsiqəsi. Digər tərəfdən, bu uşaqlar artıq növbəti ildən 1-ci sinfə bu sənədlə avtomatik olaraq qəbul olunurlar”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət