Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Məktəb formaların bahalı və keyfiyyətsiz olmasının səbəbi

Məktəb formaların bahalı və keyfiyyətsiz olmasının səbəbi
Sakura

Məktəb formaların bahalı və keyfiyyətsiz olmasının səbəbi

Yeni tədris ilinin başlanması ilə məktəbli formalarının qiymət və keyfiyyəti yenidən gündəmə gəldi.

Fins.az xəbər verir ki, vahid məktəbli formasının ölkədəki əsas istehsalçısı olan Bakı Tikiş Evi formaların satış xərcinin o qədər də baha olmadığını bildirir.

Bakı Tikiş Evinin satış müdiri Etibar Əzimov Fins.az-a bildirib ki, müəssisənin formalardan gəliri minimaldır. “İqtisadi İnkişaf Nazirliyi formaların qiymət artımına icazə vermir. 23 manat formadırsa, 7 manat da bunun ƏDV-sidir. Təkcə materialın qiyməti 30 manatdır. Bunun düyməsi, sapı, astarı, cibi, tikiş pulu var. Bunların hamısını hesablayanda müəssisənin minimal gəliri qalır”. E.Əzimov qeyd edib ki, Dəmiryol işçiləri və digər orqanlar da BTE-dən forma alır.

Şirkətin satış müdiri əlavə edib ki, bahalı məktəb formaları Abşeronda satılır. Özü də keyfiyyətsizdirlər. Abşeronda satılan formalar 1 aydan sonra xarab olur.

Qeyd edək ki, 1-ci sinifdən 6-cı sinifə qədər Bakı Tikiş Evi formalarının (26-44 ölçü) satış qiyməti 40-46 manatdır. 7-11-ci siniflərin məktəb formaları isə 46 manatdır. Geyimlərə şirkət tərəfindən 1 illik zəmanət verilir. Həqiqətən də indiki şərtlər daxilində onların təklif etdiyi qiymət münasib görünür. Lakin təəssüflər olsun ki, formaların satışı ilə məşğul olan mağazaların bir çoxunda tamam başqa qiymətlərə rast gəlinir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Zəngin Romalılar saatlarla davam edən möhtəşəm ziyafətlərdə yeməyə davam etmək üçün zaman-zaman qusarlardı

Redaktor seçimi

SON XƏBƏRLƏR