Dərc edildi: Baxış sayı: 485
Meksikalılar gözəl qol vurdular, Qızıl kuboka sahib çıxdılar
Meksika yığması CONCACAF Qızıl kubokunun finalında ABŞ üzərində 1:0 hesabı ilə qələbə qazanıb.
Çikaqoda keçirilən oyunu 62 mindən çox tamaşaçı izləyib.
Yeganə qolu 73-cü dəqiqədə Covani dos Santos vurub, ona dabanla ötürməni isə turnirin “ən yaxşı” futbolçusu elan edilən Raul Ximenes atıb.
Bu, tərəflərin CONCACAF Qızıl kubokunun finalında artıq 6-cı görüşü olub: onlardan beşində meksikalılar zəfər çalıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət