Dərc edildi: Baxış sayı: 637
Meksika yığmasının sabiq futbolçusu koronavirusdan öldü
Meksika millisinin sabiq futbolçusu Aaron Padilya vəfat edib.
"Report" CNN-ə istinadən xəbər verir ki, 78 yaşlı keçmiş hücumçu koronavirusa görə dünyasını dəyişib.
Qeyd edək ki, Aaron Padilya Meksika yığmasının heyətində 55 oyun keçirib və 8 qol vurub. O, 1966 və 1970-ci ildə keçirilən dünya çempionatlarında iştirak edib. Sabiq hücumçu Meksikanın "Pumas", "Atlante" və "Verakrus" klublarının da formasını geyinib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət