Dərc edildi: Baxış sayı: 424
Meksika prezidenti ölkədə çevrilişin qeyri-mümkün olduğunu bildirib
Meksika prezidenti Andres Manuel Lopes Obrador bildirib ki, ölkədə dövlət çevrilişi etmək qeyri-mümkündür.
"Report"un məlumatına görə, bu barədə o, özünün "Twitter"dəki səhifəsində yazıb.
"Dəyişikliklər prosesi, hansına ki, mən başçılıq edirəm, əksəriyyətin azad və şüurlu dəstəyini istifadə edir", - deyə Obrador "Twitter"də yazıb.
Onun sözlərinə görə, bu dəstək ölkədə dövlət çevrilişini həyata keçirməyə imkan verməyəcək.
Dövlət başçısı həmçinin 1913-cü ildə prezident Fransisko Maderonun devrilməsini xatırladıb. Obrador qeyd edib ki, indi vəziyyət başqadır.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət