Məkkəyə zəvvar məhdudiyyətləri ləğv edilir
Səudiyyə rejiminin Həcc və Ümrə nazirliyi, kiçik həcc mərasimlərinin mərhələli şəkildə bərpa edilməsi ilə noyabrın 1-dən etibarən tətbiq olunacaq xarici zəvvarların qəbulu qaydalarını müəyyənləşdirdi. Xarici ölkələrdən Məkkəyə hər həftə təxminən 10.000 zəvvar gələcək.
Ens.az "Deyerler.org"-a istinadən verdiyi xəbərə görə, Səudiyyə rejiminin Səhiyyə Nazirliyinin tələblərinə uyğun olaraq 18 ilə 50 yaş arasındakı zəvvarlar ümrə edə biləcək. Zəvvarlar KOVID-19 analizlərinin mənfi nəticəsini təsdiqləyən “PCR” sertifikatı təqdim etməlidir. Sertifikat yola düşmədən 72 saatdan gec olmayaraq verilməlidir. “Saudia” şirkəti əksəriyyəti KOVID-19 virusunun yayılmadığı yaşıl zona hesab edilən 33 istiqamətdə işlərin bərpa edilməsini elan edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət