MEK xarici kitabxana ilə əməkdaşlıq haqqında müqavilə imzalayıb
MEK xarici kitabxana ilə əməkdaşlıq haqqında müqavilə imzalayıb
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası beynəlxalq qurumlarla əlaqələrin genişləndirilməsi işini davam etdirir.
MEK bu dəfə Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin Federal Elm İnstitutu İctimai, Elmi, Texniki Kitabxanası ilə əməkdaşlıq haqqında müqavilə imzalayıb.
Müqaviləni MEK-in baş direktoru, professor Məmməd Əliyev, qarşı tərəfdən isə sözügedən təşkilatın direktoru İrina Vladimirovna Lizunova imzalayıblar.
Əməkdaşlıq sazişi, kitabxanalar səviyyəsində birgə elmi və mədəni layihələrin, konfransların, təlim seminarlarının və s. həyata keçirilməsində qarşılıqlı informasiya dəstəyi göstərməklə yanaşı, mədəni məkanın inkişafına töhfə verən birgə tədqiqatların aparılmasını da nəzərdə tutur. Həmçinin bu əməkdaşlıq, hər iki kitabxananın fondlarının zənginləşdirilməsi, müvafiq ədəbiyyatların əldə edilməsi, müasir elektron kitabxana və resursların yaradılması istiqamətlərini də əhatə edir.
AMEA Mərkəzi Elmi Kitabxanasının
İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
pr.mek.az@gmail.com
(012) 539-73-67 ( daxili 14-14)
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət