Slimfit
  1. MEDİA

MEK tərəfindən tərtib edilən biblioqrafik göstərici oxucuların istifadəsinə verilib

MEK tərəfindən tərtib edilən biblioqrafik göstərici oxucuların istifadəsinə verilib
Sakura

MEK tərəfindən tərtib edilən biblioqrafik göstərici oxucuların istifadəsinə verilib

MEK tərəfindən tərtib edilən biblioqrafik göstərici oxucuların istifadəsinə verilib

Azərbaycan Ordusunun 27 sentyabr 2020-ci  ildə işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbə tarixin yaddaşına qızıl hərflərlə yazıldı. Ordumuzun 44 gün davam edən  döyüş əməliyyatları noyabrın 8- də düşmənin 30 illik işğalına son qoydu, Qarabağın səmalarında cövlan edən nigaran şəhid ruhları öz rahatlığına, azadlığına qovuşdu. 

İkinci Qarabağ müharibəsində Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müntəzəm olaraq çatdırdığı qələbə müjdəli xəbərlər xalqın dövlət başçısına, rəşadətli Ordumuza inamını gücləndirdi. Xalq, millət,  ordu və Ali Baş Komandan bir yumruq kimi birləşdi.

44 gün ərzində Azərbaycanın informasiya orqanları da bir əsgər kimi ordu ilə çiyin-çiyinə informasiya müharibəsinə qoşularaq, dövlətimizin, ordumuzun cəbhədəki qələbələrini işıqlandırdı, bütün dünyaya Azərbaycan həqiqətlərini çatdırmağa çalışdı. Bütün informasiya mərkəzləri, ziyalılar da bu savaşa  öz tohfələrini verirdi.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin  həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi ilə əldə olunan bu Zəfər alimlərimizin və ziyalılarımızın, ədəbi aləmin də diqqət mərkəzində oldu. 

Möhtəşəm Qələbəmizin bir illiyini  qeyd etdiyimiz bu günlərdə   AMEA Mərkəzi Elmi Kitabxanasında “Qırx dörd günün salnaməsi: Vətən müharibəsi” adlı biblioqrafik göstərici oxucuların istifadəsinə verilmişdir.  Biblioqrafik  göstərici AMEA-nın prezidenti,  akademik Ramiz Mehdiyevin 29 sentyabr 2021-ci il tarixli 425 №li Sərəncamına əsasən nəşr olunmuşdur. Göstəricinin redaktoru AMEA Mərkəzi Elmi Kitabxanasının baş direktoru, professor Məmməd Əliyev, ixtisas redaktoru Əməkdar mədəniyyət işçisi Xuraman İsmayılova, tərtibçiləri kitabxananın  Avtomatlaşdırma və proqram təminatı şöbəsinin müdiri Natəvan Hacıyeva və həmin şöbənin əməkdaşları Aygün Əliyeva, Əsmər Salalı, Leylibəyim Mirseyidlidir.

Biblioqrafik göstərici  qırx dörd günlük İkinci Qarabağ müharibəsinə həsr edilmiş dövri mətbuat materialları əsasında tərtib olunmuşdur. Rus və Azərbaycan dillərində materialları əhatə edən biblioqrafik göstərici tarixçilər, tədqiqatçı alimlər və kitabxanaçılar üçün nəzərdə tutulmuşdur.  

236 səhifədən ibarət olan və özündə  1819 analitik yazını əks etdirən göstəricidə   Ali Baş Komandanın bəyanatları, çıxışları, müsahibələri, müraciətləri, AMEA prezidenti, akademik Ramiz Mehdiyevin bəyanatları, çıxışları, AMEA Rəyasət Heyətinin bəyanatları, həmçinin çoxsaylı müəlliflərin  məqalələri xronoloji ardıcıllıqla verilmişdir. 

Biblioqrafik göstəricidən istifadəni asanlaşdırmaq məqsədilə kitabın sonunda köməkçi aparat- müəlliflərin əlifba göstəricisi verilmişdir.

Qırx dörd günlük Vətən müharibəsinə müxtəlif aspektlərdən işıq salan  mənbələrin toplandığı bu göstərici zəfərimizin miqyasının doğru-düzgün  araşdırılmasında  və gələcək nəsillərə çatdırılmasında  dəyərli mənbə olacaqdır.

Şəhla Tahirqızı

AMEA MEK-in icraçı direktoru,  

Filologiya üzrə fəlsəfə doktoru, dosent

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əyləncə, 1928-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR