Slimfit
  1. MEDİA

MEK-in Xidmət şöbəsi- məsuliyyətli işin səmərəli tərəfləri

MEK-in Xidmət şöbəsi- məsuliyyətli işin  səmərəli tərəfləri
Sakura

MEK-in Xidmət şöbəsi- məsuliyyətli işin səmərəli tərəfləri

MEK-in Xidmət şöbəsi- məsuliyyətli işin  səmərəli tərəfləri

Bir əsrə yaxın yaşı olan Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası illər keçdikcə yerli və xarici təşkilatlarla ikitərəfli səmərəli əlaqələr qurmuş, fondlarını daha da zənginləşdirmiş, fəaliyyətini beynəlxalq standartlara uyğunlaşdırmışdır. Dövlətin kitabxanalara göstərdiyi diqqət və qayğının nəticəsində MEK-də oxuculara nümunəvi xidmət üçün bütün zəruri şərait yaradılmışdır.

İstifadəçilərə tam səmərəli fərdi və qrup şəklində kitabxana-informasiya-biblioqrafiya xidmətləri göstərən MEK-in Xidmət şöbəsinin də məhz başlıca məqsədi kitabxana ilə oxucu arasında birbaşa körpü yaradaraq xidmətin operativliyini təmin etmək olmuşdur. Kitabxananın Xidmət şöbəsinin əməkdaşları oxucuların  qeydiyyatını aparmaqla yanaşı, onları sifariş etdikləri resurslarla  təmin edir və geri qəbul edərək müvafiq saxlanca  göndərilməsi fəaliyyətini də həyata keçirir. Şöbə, həmçinin MEK-in Sərgi salonunda görkəmli şəxsiyyətlərin yubileyləri, əlamətdar günlərlə bağlı  sərgilər, ədəbiyyat həftələri, nümayişlər, icmallar və ekskursiyalar təşkil etməklə cəmiyyətdə informasiya mədəniyyətini təbliğ edir.

Burada gün ərzində 400-ə yaxın istifadəçinin istənilən peşə sahəsinə və gündəlik həyata aid müxtəlif xarakterli informasiya ehtiyaclarını tapmağa hazır olan təcrübəli əməkdaşlar xidmət göstərir.

Təcrübəlisindən tutmuş gəncinə qədər işinə eyni həvəslə, əsl ziyalı yanğısı, təəssübkeşliyi ilə yanaşan MEK-in Xidmət şöbəsi iş qrafikini də oxucularının istəyinə uyğun şəkildə tənzimləyib. Belə ki, MEK həfətəiçi 5 gün saat 10:00-dan başlayaraq 22:00-dək fasiləsiz şəkildə fəaliyyət göstərir. 

Qeyd edək ki, kitabxananın müasir fondlarında toplanmış sənədlər AMEA-nın elmi-tədqiqat institutları ilə yanaşı, respublikada fəaliyyət göstərən müxtəlif qurumların əməkdaşlarının, ali məktəb tələbələrinin, həmçinin  MDB və xarici  ölkələrin  kitabxanalarından müraciət edən oxucuların tələbatlarını ödəmək üçün geniş imkanlar yaradır.

AMEA Mərkəzi Elmi Kitabxanasının

İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi

pr.mek.az@gmail.com

(012) 539-73-67 (daxili 14-14)

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Uşaqların ağlaması dünyada ən qıcıqlandırıcı səsdir

Redaktor seçimi

SON XƏBƏRLƏR