Slimfit
  1. MEDİA

MEK-in gənc oxucularına kitablar təqdim edilib

MEK-in gənc oxucularına kitablar təqdim edilib
Sakura

MEK-in gənc oxucularına kitablar təqdim edilib

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) 2 Fevral - Azərbaycan Gəncləri Günü qeyd edilib.

MEK-dən AZƏRTAC-a bildirilib ki, kitabxana tərəfindən gənc aktiv istifadəçilərə Azərbaycan yazıçılarının dəyərli əsərlərindən ibarət bədii kitablar təqdim olunub. MEK əməkdaşları fəal oxuculara günün tarixi haqqında məlumat verib, onlara gənclik illərinin verdiyi enerjini səmərəli, dövlətimizin mənafeyinə uyğun şəkildə keçirmələrini arzulayıblar. Həmçinin oxucular MEK-də keçirilən sərgi haqqında ətraflı məlumat alıblar.

Hər il olduğu kimi 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə MEK tərəfindən virtual sərgi də hazırlanıb. Müxtəlif səpkidə nəşrlərin təqdim olunduğu sərgidə Ümummilli Lider Heydər Əliyevin 2 Fevral - Azərbaycan Gəncləri Gününün təsis edilməsi ilə bağlı imzaladığı Fərmanın, Ulu Öndərin müxtəlif illərdə uşaq və gənclərlə bağlı tədbirlərdə, forumlardakı çıxışları və təbriklərinin mətnləri də öz əksini tapıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın görkəmli şairləri Balaş Azəroğlu və Mədinə Gülgün həyat yoldaşı olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR