Slimfit
  1. MEDİA

MEK-in baş direktoru, professor Məmməd Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə səfərdədir

MEK-in baş direktoru, professor Məmməd Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə səfərdədir
Sakura

MEK-in baş direktoru, professor Məmməd Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə səfərdədir

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) baş direktoru, professor Məmməd Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutunun (İKSAD) təşkilatçılığı ilə Antalyada keçirilən Elmi Tədqiqatlar və İnnovativ Araşdırmalar Konqresində iştirak etmək üçün Türkiyəyə ezam olunublar.

Konqresdə Azərbaycanla yanaşı Özbəkistan, Qazaxıstan, Gürcüstan, Misir, Makedoniya, Mərakeş və İordaniyadan olan tədqiqatçılar, elm xadimləri bir araya gəliblər.

Konqresdə AMEA MEK-in baş direktoru, professor Məmməd Əliyev “Erməni işğalı nəticəsində Qarabağda mədəniyyət və dini abidələrin dağıdılması” mövzusunda geniş məruzə ilə çıxış edib. Məmməd Əliyev təəssüf hissi ilə bildirib ki, maddi-mədəniyyət abidələrinin zənginliyi ilə seçilən Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğalı nəticəsində orada İslam mədəniyyətinə aid olan bütün muzeylər, məscidlər, abidələr dağıdılıb, bənzərsiz ekspozisiyalar talan olunub, kitabxanalar yandırılıb, misilsiz əlyazma nümunələri məhv edilib. Alim çıxışında Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə Azərbaycanın qədim torpağı olan Qarabağda erməni terrorunun məğlubiyyətə uğramasından və işğala son qoyulmasından danışıb. “44 günlük İkinci Qarabağ müharibəsi başladığı andan etibarən qardaş ölkə Türkiyə Azərbaycanın daim yanında oldu. Möhtəşəm Zəfər əldə edildikdən sonra, 2020-ci il dekabr ayının 10-da Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan xalqı ilə birlikdə hərbi paradda şəxsən iştirakı, bir daha bütün dünyaya türk birliyini sübut etdi”,- deyə baş direktor Məmməd Əliyev bildirib. Alimin çıxışı tədbir iştirakçıları tərəfindən böyük maraqla dinlənilib və rəğbətlə qarşılanıb.

Həmçinin səfər çərçivəsində konfransda iştirak edən MEK-in Sənədlərlə iş şöbəsinin müdiri, hüquq üzrə fəlsəfə doktoru Reyhan Cəfərovanın “Qarabağ müharibəsi beynəlxalq humanitar hüquq kontekstində”, kitabxananın Sərbəst elektron resurslar şöbəsinin əməkdaşı Xəyalə Məmmədlinin Rövşən Məmmədli ilə həmmüəllif olduqları “Post müharibə dövründə tədqiqat və təhlil: Qarabağ müharibəsi Mərkəzi Elmi Kitabxana sistemində” adlı məruzələri Azərbaycan və ingilis dillərində dinlənilib.

Hibrid formada davam edən sözügedən konqresə eyni zamanda, onlayn şəkildə MEK-in İnnovativ layihələr və metodiki təminat şöbəsinin müdiri Səyyarə Məmmədova “Pedaqoq kitabxanaçı peşə standartının yaradılması və məktəb kitabxanaçılarının əlavə peşə təhsili”, şöbənin əməkdaşı Şəfəq Əliyeva “Azərbaycanlı numizmatik alim Yevgeni Aleksandroviç Paxomovun kitab kolleksiyası dəyərli elmi mənbə kimi”, Sənədlərlə iş şöbəsinin əməkdaşı Mahirə Əzizova “Rusiyanın işğalından sonra Dərbənd şəhərinin iqtisadi həyatının dinamikası”, Azərbaycanşünaslıq və Milli Rəqəmsal Yaddaş (MRY) şöbəsinin müdiri Aygün Səfərova “Mərkəzi Elmi Kitabxana əməkdaşlarının Türkiyə respublikası kitabxanaları ilə əlaqəsi rəqəmsal platforma kontekstində”, şöbənin əməkdaşları Günel Əhədova “Mərkəzi Elmi Kitabxanada mühafizə olunan türkoloq alimlərin irsində türk dilində ədəbiyyatın təhlili (ənənəvi və elektron bazada)”, Mülayim Əmirli “Azərbaycan Respublikasında gənclər siyasətinin vətənpərvərlik prinsipi”, Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları Züriyə Qarayeva “Türkiyədə referendum dəyişikliyindən sonra struktur dəyişikliklər” və Cəmilə Axund-zadə “İkinci Qarabağ müharibəsinin sosial-mədəni və ədəbi aspektlərə təsirinin müqayisəli təhlili” adlı məruzələrlə qatılıblar. Məlumat üçün vurğulayaq ki, MEK əməkdaşlarının əksər çoxluğu konfransda çıxışlarını ingilis dilində təqdim ediblər.

Qeyd edək ki, konfransın yekununda Mərkəzi Elmi Kitabxanın baş direktoru, professor Məmməd Əliyev İKSAD rəhbərliyi tərəfindən xüsusi mükafatlarla, nümayəndə heyəti isə simvolik hədiyyələr və sertifikatlarla təltif ediliblər. Həmçinin MEK adından müxtəlif ölkələrdən olan konfrans iştirakçılarının hər birinə Qarabağ Zəfərinin simvoluna çevrilən "Xarı Bülbül” ikonu hədiyyə edilib.

AMEA Mərkəzi Elmi Kitabxanasının

İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi

pr.mek.az@gmail.com

(012) 539-73-67 (daxili 14-14)

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ilk saç feni

Redaktor seçimi

SON XƏBƏRLƏR