Slimfit
  1. MEDİA

MEK fondlarının zənginləşdirilməsi istiqamətində işlər davam etdirilir

MEK fondlarının zənginləşdirilməsi istiqamətində işlər davam etdirilir
Sakura

MEK fondlarının zənginləşdirilməsi istiqamətində işlər davam etdirilir

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) fondlarının zənginləşdirilməsi üçün beynəlxalq mübadilə çərçivəsində yeni nəşrlər daxil olmaqda davam edir.

Bu günlərdə MEK-ə Şotlandiya, Yaponiya, Almaniya və Türkiyədən ingilis, alman, ispan və türk dillərində elmi nəşrlər təqdim olunub.

Nəşrlər sırasında Şotlandiyanın Milli Kitabxanasından “The Royal Society of Edinburgh” (Edinburq Kral Cəmiyyəti), Yaponiyanın Riyaziyyat Cəmiyyətindən “Journal of Mathematical Sciences” (Riyaziyyat Elmləri Jurnalı), Meksika Milli Astronomiya Rəsədxanası Astronomiya İnstitutundan astronomiya və astrofizika jurnalı,  habelə,  Almaniyanın Senkenberq Tədqiqat İnstitutu və Təbiətşünaslıq Muzeyindən  “Palaeobiodiversity and Palaeoenvironments” (Palaeobiomüxtəliflik və Palaeomühitlər), Türk Ocaqları təşkilatından “Türk Dünyası Araştırmaları” kimi müxtəlif  jurnallar daxil olub. 

Jurnallarda riyaziyyat, zoologiya, biologiya, dənizçilik, genetika, tarix barədə elmi məqalələr öz əksini tapıb.

Tədqiqatçılar üçün qiymətli mənbə hesab edilən bu nəşrlər, MEK-də öz oxucularını gözləyir.

AMEA Mərkəzi Elmi Kitabxanasının

İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi

pr.mek.az@gmail.com

(012) 539-73-67 (daxili 14-14)

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bütün qəzaların 80%-i 65km/s sürətdə baş verir

Redaktor seçimi

SON XƏBƏRLƏR