Slimfit
  1. MEDİA

MEK əməkdaşları Astrofizika Rəsədxanasının Elmi Kitabxanasına ezam olunublar

MEK əməkdaşları Astrofizika Rəsədxanasının  Elmi Kitabxanasına ezam olunublar
Sakura

MEK əməkdaşları Astrofizika Rəsədxanasının Elmi Kitabxanasına ezam olunublar

Müasir dövrdə dünyada baş verən dəyişikliklər bütün sahələrdə olduğu kimi kitabxana sahəsindən də yan keçməyib. Bu inkşafın önündə müasir informasiya texnologiyaları dayanır və bu ölkədə fəaliyyət göstərən kitabxanalarda yeni fəaliyyət modelinin hazırlanmasını tələb edir.

Ölkənin böyük kitabxanalarından sayılan Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanası tabeliyində olan AMEA-nın elmi tədqiqat institutlarının kitabxanalarında qabaqcıl kitabxana informasiya sisemini tətbiq etmək məqsədilə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Elmi Kitabxanasına ezam olunublar. MEK-in İnnovativ layihələr şöbəsinin müdiri Səyyarə Məmmədova, Avtomatlaşdırma və proqram təminatı şöbəsinin müdiri Natavan Hacıyeva, Reproqrafiya şöbəsinin müdiri Sərdar Cabarov, Xarici dillərdə ədəbiyyat fondunun müdiri Kubra Sadıqova səfər əsnasında Mərkəzi Elmi Kitabxananın çoxşaxəli fəaliyyəti, iş prinsipləri və sistemi, mövcud bazaları, fondları haqqında mkarlarına geniş məlumat veriblər. Eyni zamanda ŞAR Elmi Kitabxanasının iş rejimi və fəaliyyəti, kitabxananın tarixi, mövcud fondları və fondlarının tərkibi, texniki avadanlıqları ilə yaxından tanış olublar.

MEK əməkdaşları tərəfindən kitabxananın elektron informasiya avadanlıqlarının vəziyyəti nəzərdən keçirilərək orada İRBİS-64 AKİS-in proqram təminatı quraşdırılıb (kitablar, jurnallar, tammətnli verilənlər bazaları yaradılıb). Dünyanın zəngin kitabxanalarında daha çox tətbiq olunan ARBİKON və LİBNET mərkəzləşdirilmiş kataloqlaşdırılma bazalarından istifadə edilərək, ŞAR Elmi Kitabxanasının fondlarında astronomiya və astrofizikaya aid rus dilli ədəbiyyatların verilənlər bazasına avtomatik yüklənməsi təmin edilib. Bu isə gün ərzində çoxlu sayda kitabların bazaya daxil edilməsinə imkan verir. Beləliklə, AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Elmi Kitabxanasının avtomatlaşdırılmış kitabxana elektron kataloqunun onlayn sisteminə qoşulması tam hazır vəziyyətə gətirilib. Sonra ŞAR Elmi Kitabxanasının əməkdaşları proqramdan istifadə qaydaları haqqında təlimatlandırılıblar.

Qeyd edək ki, səfər zamanı AMEA MEK-in mübadilə fondundan Qarabağ tarixinə, həmçinin, böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəviyə aid 15 adda 49 nüsxə ədəbiyyat kitabxanaya hədiyyə edilib. Həmin kitablar əsasında MEK əməkdaşlarının iştirakı ilə ŞAR Elmi Kitabxanasında “Qarabağ Azərbaycandır!” və “Nizami Gəncəvi -880” adlı sərgilər təşkil olunub.

Məlumat üçün bildirək ki, Rəsədxananın Elmi Kitabxanası daha çox astronomiya və astrofizikaya dair elmi və elmi kütləvi ədəbiyyatlarla zəngindir. Elmi kitabxanada eyni zamanda Nəsirəddin Tusinin əsərlərinin 32 və 33 inventar qeydli, 1797 və 1798-ci illərə aid iki əlyazması saxlanılır. Həmçinin kitabxanada  1860-cı ildə Sankt-Peterburqda nəşr edilmiş N.Müllerin müəllifi olduğu  «Учебник космической физики», 1857-ci ildə nəşr edilmiş M.J.A. Barralın müəllifi olduğu “François Arago” və s. kimi bir çox nadir nəşr nümunələri də mövcuddur.

Görüşün sonunda N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Elmi Kitabxanasının rəhbərliyinə və əməkdaşlarına MEK-in direktoru, professor Məmməd Əliyevin adından təşəkkür ifadə olunub və onlar MEK-ə dəvət ediliblər.

AMEA Mərkəzi Elmi Kitabxanasının

İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğun və Nazim Hikmət, Moskva, 1949-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR