Slimfit
  1. MEDİA

MEK EBSCO elektron məlumat bazasını oxucuların istifadəsinə verib

MEK EBSCO elektron məlumat bazasını oxucuların istifadəsinə verib
Sakura

MEK EBSCO elektron məlumat bazasını oxucuların istifadəsinə verib

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) “EBSCO” məlumat bazasında bir aylıq sınaq imkanı (trial access) kimi təqdim olunan Hiperlink və eBook Clinical Collection tammətnli elektron resurslarından istifadə qaydalarının öyrənilməsinə dair vebinar keçirilib.

MEK-in Kitabxana-xidmət şöbəsinin əməkdaşlarının iştirakı ilə keçən vebinarda “EBSCO”nun nümayəndəsi Tamilla Mirkamalova bu bazaların digərlərindən fərqi, onlardan istifadə etmənin əlverişliyi haqqında məlumat verib. Təqdimatçı bildirib ki, Hiperlink məlumat bazasında tarix, ədəbiyyat, riyaziyyat, fəlsəfə, incəsənət və digər bölmələrə dair 300–dən artıq nəşriyyatın, 15000-dən çox e-kitabların mövcuduğu, eBook Clinical Collection məlumat bazasında isə tibb elmləri və səhiyyənin müxtəlif sahələrinə dair 3500-dən artıq seçilmiş e-kitablar yerləşdirilib. Sual-cavab şəkilində keçirilmiş vebinarda qeyd edilib ki, eBook Clinical Collection-da əsasən akademik kitablar, Hiperlinkdə isə sosial mövzular mövcuddur.

 Məlumat üçün bildirək ki, MEK-də Hiperlink və eBook Clinical Collection tammətnli elektron resusrlarından istifadə imkanı 2018-ci il oktyabr ayının 1-dən 31-dək oxucuların ixtiyarındadır.

 


 AMEA Mərkəzi Elmi Kitabxana
 Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsi

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1921-ci ilin avqust ayında İraqın ilk Kralı I Feysəlin taxta çıxma mərasimi. Ətrafında iraqlılar yox, ingilislər var ...

Redaktor seçimi

SON XƏBƏRLƏR