Slimfit
  1. MEDİA

MEK-də xalq şairi Balaş Azəroğlunun 100 illik yubileyi ilə əlaqəli sərgi təşkil edilib

MEK-də xalq şairi Balaş Azəroğlunun 100 illik yubileyi ilə əlaqəli sərgi təşkil edilib
Sakura

MEK-də xalq şairi Balaş Azəroğlunun 100 illik yubileyi ilə əlaqəli sərgi təşkil edilib

MEK-də xalq şairi Balaş Azəroğlunun 100 illik yubileyi ilə əlaqəli sərgi təşkil edilib

AMEA Mərkəzi Elmi Kitabxanasında xalq şairi, ədəbiyyatşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Şöhrət” ordenli, filologiya elmləri namizədi Balaş Azəroğlunun anadan olmasının 100 illik yubileyi ilə əlaqəli sərgi təşkil edilib.

Karantin qaydalarına uyğun təşkil edilən və iki həftə müddətinə davam edəcək sərgidə şairin müəllifi olduğu “Məhəmməd Əmani”, “Çiçəklənən tarlalar”, “Sinəm Savalan dağıdır”, “Savalan”, “Gəl, ay bahar”, “Məcnun söyüd”, “Hafizin qəbri üstündə”, “Dünənim, bu günüm, sabahım...”, “Elə oğul istəyir Vətən”, seçilmiş əsərləri və digər nəşrləri, eləcə də onun haqqında yazılmış “Balaş Azəroğlunun yaradıcılıq yolu” (Bahar Məmmədova) kitabı yer alır.

Qeyd edək ki, 1921-ci ildə Bakı şəhərində anadan olmuş şairin müxtəlif mövzulu əsərlərinin əsas hissəsini Vətən həsrəti, azadlıq, milli oyanış təşkil edir. Şair 2011-ci ildə Bakıda vəfat edib.

AMEA Mərkəzi Elmi Kitabxanasının

İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi

pr.mek.az@gmail.com

(012) 539-73-67 (daxili 14-14)

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşa, Qarabağı Könüllü Müdafiə Batalyonu - 1992-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR