Slimfit
  1. MEDİA

MEK-də son bir ay ərzində daxil olan nəşrlərdən ibarət sərgi təşkil edilib

MEK-də son bir ay ərzində daxil olan nəşrlərdən ibarət sərgi təşkil edilib
Sakura

MEK-də son bir ay ərzində daxil olan nəşrlərdən ibarət sərgi təşkil edilib

MEK-də son bir ay ərzində daxil olan nəşrlərdən ibarət sərgi təşkil edilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) son bir ay ərzində daxil olan nəşrlərin sərgisi təşkil edilib.

İki həftə boyunca davam edəcək sərgidə elmin müxtəlif sahələri üzrə aparılan fundamental, tətbiqi və elmi innovasiya xarakterli araşdırmalar, eləcə də vətənpərvərlik mövzusunu əhatə edən nəşrlər nümayiş olunur.

Tarix elmləri doktoru, Əməkdar müəllim, professor İradə Hüseynovanın “İlham Əliyev və zəfər tariximizin şanlı səhifələri” (2021) adlı kitabında erməni millətçiliyinin Azərbaycanın ərazi bütövlüyünə qarşı apardığı siyasətin tarixi kökləri göstərilir. Müəllif işğaldan azad edilmiş ərazilərə dövlətimizin başçısının səfərlərindən, burada həyata keçirilən bərpa-quruculuq işlərindən, Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsinin əhəmiyyətindən danışıb.

Sərgidə nümayiş olunan nəşrlər sırasında filologiya elmlər doktoru Mərziyə Nəcəfovanın “Poeziyamızın Qarabağ savaşı – Vətən müharibəsi” (2021) kitabında ümummilli maraqlar və dəyərlər tədqiq edilərək qiymətləndirilib. Müəllif 44 günlük Vətən müharibəsinin ədəbiyyatda bədii əksini verib, Qarabağ mövzusunun yeni mərhələsi kimi təqdim edib.

“Zəfər yolu” (2020) kitabında 44 günlük Vətən müharibəsi zamanı Prezident, Ali Baş Komandan İlham Əliyevin çıxışları, müsahibələri, tvitləri toplanıb.

Nəfis tərtibatı və orijinal dizaynı ilə seçilən memar Elçin T.Əliyevin “Bakı memarlıq abidələrində fəsad heykəltəraşlıq nümunələri” adlı 3 cildliyində  müəllif tərəfindən Bakı şəhərinin mərkəzi tarixi hissəsinin 150-dən çox binası tədqiq edilmişdir. Azərbaycan, ingilis, fransız dillərində olan nəşrə daxil edilən binaların bir çoxu, ilk dəfədir ki, oxucuya təqdim olunur və onları diqqətlə nəzərdən keçirdikdə, fasadlardakı kiçik nüansları və xırdalıqları görmək olur. Bu kitab, Bakı şəhərinin memarlığı və tarixi ilə maraqlanan geniş oxucu kütləsi üçün yeni və maraqlı bir informasiya mənbəyidir.

Bundan əlavə sərgidə bədii yaradıcılıq nümunələrindən Ələsgər Talıboğlunun “Dərdə səpilən toxumam” (2021), Firuzə Məmmədlinin “Söz sizindir” (2021), Qafar Əsgərzadənin “Lirik duyğular” (2020) şeirlər toplusu, “Akademik S.C.Mehdiyevin 100 illik yubileyinə həsr olunmuş Respublika Elmi-Praktik konfransın materialları”, “Azərbaycan arxeologiyasının inkişafında professor Qafar Cəbiyevin rolu” beynəlxalq konfransın materialları,  məktəbəqədər, ümumtəhsil müəllimlərin, pedoqoji təhsil alan alan tələbələri üçün nəzərdə tutulmuş Azərbaycan Respublikasının Təhsil İnstitutunun nəşrləri, eləcə də tarixi tədqiqat nümunələri olan, Ə. Çingizoğlu və A.Ziyadlının “İsmayıl xan Ziyadxanov” Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri,  siyasi və ictimai xadim İsmayıl xan Ziyadxanovun həyat və fəaliyyəti haqqında monoqrafiyası və digər nəşrlər nümayiş olunur.

Qeyd edək ki, yeni daxil olan nəşrlərdən ibarət sərgi hər ay təşkil olunur.

AMEA Mərkəzi Elmi Kitabxanasının

İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi

pr.mek.az@gmail.com

(012) 539-73-67 (daxili 14-14)

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kalpeya adlı bu qadın 7.5 min il əvvəl müasir Hibraltar ərazisində yaşayıb. Onun görüşünün bərpası üçün yarım il sərf olunub və artıq biz onun üzünü görə bilirik.

Redaktor seçimi

SON XƏBƏRLƏR