Slimfit
  1. MEDİA

MEK-də “Qarabağ-Şuşa” kitabının təqdimatı keçirilib

MEK-də “Qarabağ-Şuşa” kitabının təqdimatı keçirilib
Sakura

MEK-də “Qarabağ-Şuşa” kitabının təqdimatı keçirilib

MEK-də “Qarabağ-Şuşa” kitabının təqdimatı keçirilib

“Şuşa İli” çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Şuşa ziyalıları ilə görüş keçirilib. Iştirakçılar Şuşa ziyalılarının nümayəndələrindən biri, "Ali dərəcəli müəllim" adına layiq görülmüş pedaqoq, 2007-ci ildə "Tərəqqi" medalı ilə təltif edilmiş tarix üzrə fəlsəfə doktoru Yunis Hüseynovun “Qarabağ-Şuşa” adlı kitabının təqdimatına toplaşıblar.

Təqdimatı giriş nitqi ilə açan MEK-in baş direktoru professor Məmməd Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə Şuşanın Azərbaycan xalqı üçün tarixi önəmini, yüksək mədəni-mənəvi dəyərini nəzərə alaraq Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsinin böyük tarixi əhəmiyyətə malik olduğunu vurğulayıb. “44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu tərəfindən Suşa şəhəri erməni işğalından azad edildi və bu gün şəhərin tarixi simasının bərpası istiqamətində nəhəng layihələr həyata keçirilir. Direktor bildirib ki, doqquz kitabın və çoxlu sayda elmi-publisistik məqalənin müəllifi olan Yunis Hüseynov ərsəyə gətirdiyi növbəti kitabında da ermənilərin dağıdıcı fəaliyyətlərini tarixi dəlillərlə sübuta yetirməyə çalışıb. Onun “Qarabağ-Şuşa” adlı kitabında Şuşanın daxilində və ətrafında mövcud olan yer adları və başqa tarixi hadisələr şərh olunur, Şuşa torpağının yetirdiyi tarixi şəxsiyyətlər hərtərəfli araşdırılır. Baş direktor MEK-in ərsəyə gətirdiyi “Şuşa-270” adlı biblioqrafik göstəricinin də məhz “Şuşa İli”nə töhfə olduğunu diqqətə çatdırıb.

Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva çıxışı zamanı Şuşanın tanınmış ziyalılarından danışıb, şəhərin inkişafında böyük töhfəsi olan nəslin nümayəndələrindən birinin də Yunis Hüseynov olduğunu vurğulayıb. Çıxışçı Azərbaycanın əzəli torpağına həsr olunmuş bu kitabı yüksək qiymətləndirib. 

Tədbirdə çıxış edən kitabın redaktoru tarix elmləri doktoru, professor Zabil Bayramlı bildirib ki, müəllifin əsəri vaxtında işıq üzü görən elmi əsərdir. Qeyd olunub ki, müəllif Qarabağ-Şuşa əsərində Qarabağın təbii-coğrafi mövqeyindən başlayaraq, dövrümüzə qədər əyalətin tarixini araşdırıb, adət və ənənələrini, inkişaf mərhələlərini, müstəqil Qarabağ xanlığının yaranmasını, onun siyasi-iqtisadi, mədəni və sosial məsələlərini bir daha diqqətə çatdırıb. Bu baxımdan əsər dəyərli elmi mənbədir. 

Təqdimatda iştirak edən Şuşa ziyalıları çıxış edərək dərc olunmuş kitab haqqında ürək sözlərini ifadə ediblər. Tükənməz yaradıcılıq enerjisinə sahib Yunis Hüseynova gələcək fəaliyyətində uğurlar arzulayıblar. 

Sonda çıxış edən müəllif kitabın təqdimatında yaradılan şəraitə görə MEK rəhbərliyinə dərin təşəkkürünü bildirib və sözügedən əsərini kitabxanaya hədiyyə edib.

İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi

pr.mek.az@gmail.com

(012) 539-73-67 (daxili 14-14)

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Canavarlar 300 milyon qoxunu seçə bilirlər, insanlar isə cəmi 5 milyon

Redaktor seçimi

SON XƏBƏRLƏR