Slimfit
  1. MEDİA

MEK-də professor Tofiq Mustafazadənin kolleksiyası təqdim olunub

MEK-də professor Tofiq Mustafazadənin kolleksiyası təqdim olunub
Sakura

MEK-də professor Tofiq Mustafazadənin kolleksiyası təqdim olunub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) Əməkdar Elm xadimi, Dövlət mükafatı laureatı, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun Beynəlxalq münasibətlər tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, professor Tofiq Mustafazadənin şəxsi kitab kolleksiyasının təqdimatını keçirib.

Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Leyla İmanova informasiyanı dəyərli resurs olaraq, MEK-də yeni formatlarda formalaşdırılmasından, xarici və milli elektron dərsliklər bazasının, tammətnli beynəlxalq elektron resursların, Azərbaycan və rus dillərində İxtiralar və faydalı model patentləri siyahılarının hazırlanmasından, Milli Rəqəmsal Yaddaş bazasına daxil edilən yeni siyahılardan bəhs edib və yeni mənbələrin strateji əhəmiyyətini vurğulayıb. MEK-in “Vikipediya” fəaliyyətinin hərəkat müstəvisinə keçməsindən, Azərbaycanın Vikipediyada mövqeyinin 62-ci pillədən 47-ci pilləyə qalxmasından və xarici dövlətlərdə yerli dillərdə Azərbaycan haqqında məqalələrin yerləşdirilməsindən danışıb. L.İmanova Azərbaycanın İnformasiya təhlükəsizliyi alqoritmindən də söz açıb, tədbirdə iştirak edən tarixçi alimlərə çağırışlarla müraciət edib. 

MEK-in Oxuculara xidmət və nəzarət bölməsinin rəhbəri Ofeliya Yunusova alimin yaradıcılığı və şəxsi kolleksiyası haqqında təqdimatla çıxış edib. Qeyd edib ki, Tofiq Mustafazadənin  müəllifi olduğu əsərlərlə yanaşı kolleksiyada Azərbaycan, rus və başqa xarici dillərdə nəşr olunmuş tarix elminin bütün bölmələrinə aid elmi əsərlər, ensiklopediyalar, müxtəlif elmi toplantıların materialları cəmlənib. Kolleksiya Humanitar və ictimai elmlər üzrə yardımçı fondda mühafizə olunur. Tədbirdə alim tərəfindən Azərbaycan, Rusiya və Türkiyə arxivlərindən toplanmış materiallar, tarixi mənbələr, əldə edilmiş faktlar əsasında Quba xanlığının şəcərəsi, sosial-iqtisadi münasibətləri, dövlət idarəçiliyindən bəhs edən “Quba xanlığı”,  “Azərbaycan xanlıqlarının qısa tarixi” kitabları, erməni saxtakarlıqlarına qarşı barışmaz mübarizənin əks olunduğu “Avropa diplomatiyasında “erməni məsələsi” və ya Türkiyəni bölüşdürmək planı (rusdilli sənədlər əsasında)”, “Erməni məsələsi”ndən erməni terorizminə” adlı monoqrafiyaları, “Azərbaycan-Rusiya münasibətləri”, 2 cildlik “Ümumi tarix”, “Quba əyalətinin kameral təsviri” kitabları xüsusi qeyd olunub. Ofeliya Yunusova diqqətə çatdırıb ki, görkəmli alimin müəllifi oldugu bu dəyərli  nəşrlər MEK-in elektron kataloqunda, Milli Rəqəmsal Yaddaş bazasında yerləşdirilib.

Tədbirdə çıxış edən AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə elmlər doktoru Tofiq Nəcəfli, Beynəlxalq münasibətlər tarixi şöbəsinin aparıcı işçisi, tarix üzrə fəlsəfə doktoru Mərziyyə İsgəndərova, Etnoqrafiya şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Emil Kərimov, alimin həyat yoldaşı, institutun Demoqrafiya şöbəsinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Fəridə Əliyeva alimin yaradıcılığından, onun Azərbaycan elminə bəxş etdiyi əsərlərdən, pedaqoji fəaliyyətindən söhbət açıblar.

Sonda alim Tofiq Mustafazadə onun haqqında dəyərli fikir söyləyənlərə, dostlarına, kitabxananın əməkdaşlarına və iştirakçılara dərin təşəkkürünü bildirib.

Qeyd edək ki, ötən il MEK-də Tofiq Mustafazadənin 70 illik yubileyinə həsr olunmuş təqdimat keçirilib. O cümlədən, MEK-in Vikipediya Metodik Mərkəzi tərəfindən Vikipediyada alim haqqında yazılan məqaləyə əlavələr edilərək genişləndirilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Zəngin Romalılar saatlarla davam edən möhtəşəm ziyafətlərdə yeməyə davam etmək üçün zaman-zaman qusarlardı

Redaktor seçimi

SON XƏBƏRLƏR