Slimfit
  1. MEDİA

MEK-də professor Əlövsət Abdullayevin şəxsi kolleksiyasının təqdimatı keçirilib

MEK-də professor Əlövsət Abdullayevin şəxsi kolleksiyasının təqdimatı keçirilib
Sakura

MEK-də professor Əlövsət Abdullayevin şəxsi kolleksiyasının təqdimatı keçirilib

AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) Azərbaycanın görkəmli dilçi alimi, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor Əlövsət Abdullayevin şəxsi kitab kolleksiyasının təqdimatını keçirib. Təqdimat mərasimində alimin müasirləri, tələbələri, ailə üzvləri və media nümayəndələri iştirak ediblər.

Tədbirdə təqdimatla çıxış edən MEK-in Kitabxana-xidmət şöbəsinin əməkdaşı Səda Əliyeva alimin şəxsi kitab kolleksiyası, həyat və fəaliyyəti haqqında ətraflı məlumat verib. Dilçiliyin sintaksis, morfologiya, tarixi qrammatika, orfoepiya, etimologiya, nitq mədəniyyəti və s. sahələrilə məşğul olmuş Əlövsət Abdullayevin Azərbaycan dilinin ən aktual problemləri üzrə 140-dan çox əsər, o cümlədən 15-dən artıq tədris ədəbiyyatı və monoqrafiyanın müəllifi olduğunu deyib.

Kolleksiyanın alimin qızı, filologiya elmləri doktoru, BDU-nun Azərbaycan dilçiliyi kafedrasının müdiri Sənubər Abdullayeva tərəfindən MEK-ə təqdim olunduğunu bildirən S.Əliyeva ümumilikdə burada 1250 nüsxə sənəd olduğunu deyib. Bildirib ki, kolleksiyaya Əlövsət Abdullayevin müəllifi olduğu əsərlərlə yanaşı dilçilik elminin bütün bölmələrinə aid kitablar, müxtəlif dillərdə olan lüğətlər, ensiklopediyalar, tarixi kitablar, dahi yazarların əsərlərindən ibarət olan ədəbiyyatlar və digər sənədlər daxildir.

Təqdimatda alimin “Köməkçi nitq hissələri” metodik vəsaiti, “Müasir Azərbaycan dili, Sintaksis” dərsliyi, “Müasir Azərbaycan dilində tabeli mürəkkəb cümlələr” monoqrafiyası, “Dil, Siyasət, Sosial tərəqqi”, “Sintaksisin aktual məsələləri”, “Azərbaycan dili məsələləri” və s. kitablarının adları sadalanıb. Qeyd edilib ki, dil əlaqələri, əlifba problemi, Azərbaycan dilinin morfologiyası və sintaksisi ilə bağlı vacib məsələlərin əksini tapdığı kitablarda dilimizin ayrı-ayrı problemlərini əhatə edən araşdırmalar yer alır. Bildirilib ki, alimin Azərbaycan dilçiliyinin səviyyəsini əks etdirmək baxımından böyük əhəmiyyət kəsb edən bir sıra kitabları MEK-in Milli Rəqəmsal Yaddaş bazasına daxil edilib. Həmçinin MEK əməkdaşları tərəfindən Vikipediyada alim haqqında ətraflı məlumat yerləşdirilib.

Daha sonra professor Əlövsət Abdullayevin qardaşı, professor Əlikram Abdullayev, qızı Sənubər Abdullayeva, oğlu Tofiq Abdullayev, dilçi alimin tələbəsi olmuş BDU-nun dosenti İsmayıl Məmmədov, professorları Tofiq Hacıyev, Rəhilə Quliyeva, Fikrət Əlizadə və digər qonaqlar çıxış edərək, alimin həyatı və yaradıcılığı ilə bağlı xatirələrini bölüşüblər. Onu Azərbaycanda dilçilik sahəsində xüsusi söz sahibi olan, məktəb yaratmış görkəmli elm xadimi, dilçi alimlərin yetişməsində şəriksiz xidməti olmuş şəxsiyyət kimi xarakterizə ediblər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı qalasının bayır tərəfdən görüntüsü, 1890-cı il. O vaxt Aşumovski adlanan bu meydan hal-hazırda mövcud deyil. Müasir dövrdə, burada Sabir bağını görə bilərik.

Redaktor seçimi

SON XƏBƏRLƏR