Slimfit
  1. MEDİA

MEK-də Milli Teatr Günü ilə əlaqədar sərgi təşkil edilib

MEK-də Milli Teatr Günü ilə əlaqədar sərgi təşkil edilib
Sakura

MEK-də Milli Teatr Günü ilə əlaqədar sərgi təşkil edilib

MEK-də Milli Teatr Günü ilə əlaqədar sərgi təşkil edilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) 10 Mart Milli Teatr Günü ilə əlaqədar sərgi təşkil edilib.

Bu gün ilə bağlı təşkil edilmiş sərgidə MEK-in fondunda qorunan “Tofiq Kazımovun rejissor dərsləri” (İsrafil İsrafilov), “… və teatr” (İsrafil İsrafilov), “Kinoşünaslıq” (Aydın Dadaşov), “Azərbaycan teatr tarixi” (İnqilab Kərimov), “Səhnə ekran efir” (Aqşin Babayev), “Teatr” (Uilyam Somerset Moem), “Səhnəmizin ağ çiçəyi” (Mustafa Çəmənli), “İbrahim Həmzəyev” (İlham Rəhimli), “Səhnə fədailəri” (İlham Rəhimli), “Hüseyn Ərəblinski” (Bəxtiyar Qaraca), “İsmayıl Osmanlı” (Vaqif İsaqoğlu), “Kino və zaman” (Aydın Kazımzadə), “Sönməyən ulduzlar” (Aliyə Ramazanova), “Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrı”, “Azərbaycan kinosu ensiklopedik lüğət”, “Teatr, kino və xoreoqrafiya sənəti”  və digər kitablar yer alıb.

Qeyd edək ki, 149 yaşlı milli teatrımız haqqında sərgi mart ayının 23-dək davam edəcək.

Xatırladaq ki, 1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən M.F.Axundzadənin "Sərgüzəşti-vəziri-xani Lənkəran" komediyasının nümayişi ilə Azərbaycanda teatrın əsası qoyulub.

AMEA Mərkəzi Elmi Kitabxanasının

İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi

pr.mek.az@gmail.com

(012) 539-73-67 ( daxili 14-14)

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Artıq qorxmağa ehtiyac yoxdur

Redaktor seçimi

SON XƏBƏRLƏR