Slimfit
  1. MEDİA

MEK-də Heydər Əliyev və Azərbaycan multikulturalizmi mövzusunda lektoriya keçirilib

MEK-də Heydər Əliyev və Azərbaycan multikulturalizmi mövzusunda lektoriya keçirilib
Sakura

MEK-də Heydər Əliyev və Azərbaycan multikulturalizmi mövzusunda lektoriya keçirilib

MEK-də Heydər Əliyev və Azərbaycan multikulturalizmi mövzusunda lektoriya keçirilib

Ulu Öndərin böyük siyasi və dövlət xadimi kimi fəaliyyətini müxtəlif aspektlərdən təhlil etmək, Heydər Əliyev dühasını daha yaxından tanıtmaq məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında mütəmadi şəkildə lektoriyalar təşkil olunur.

“Heydər Əliyev və Azərbaycan multikulturalizmi” mövzusunda keçirilən budəfəki lektoriyada elm adamları, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşları, millət vəkilləri, dini icmaların nümayəndələri və digər qonaqlar iştirak ediblər.

AMEA MEK-in baş direktoru, professor Məmməd Əliyev çıxışı zamanı Azərbaycanda multikulturalizmin dərin köklərinin olduğunu bildirərək bu sahədə Heydər Əliyevin müstəsna rolunu vurğulayıb. Baş direktor qeyd edib ki, Heydər Əliyev müdrik siyasəti ilə əsrlər boyu formalaşmış Azərbaycanın çoxmədəniyyətlilik, tolerantlıq ənənələrini inkişaf etdirərək onu yeni mərhələyə qaldırıb.

 “Ulu Öndər Heydər Əliyev azərbaycançılıq ideyasının hazırlanmasına, təbliğinə diqqət göstərməklə Azərbaycanda tolerantlıq və multikulturalizmin sürətlə inkişaf etməsinə geniş şərait yaratdı. Müasir mərhələdə Azərbaycançılıq ideologiyası Ulu Öndərin layiqli siyasi davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 44 günlük Vətən müharibəsində müxtəlif xalqlara və dinlərə mənsub Azərbaycan vətəndaşları həmrəylik nümayiş etdirərək, düşmən üzərində parlaq qələbə qazanmaqla birliyimizi bütün dünyaya nümayiş etdirdi”- deyə baş direktor Məmməd Əliyev bildirib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov çıxışı zamanı Azərbaycan multikulturalizminin xalqımızın mənəvi sərvəti hesab olunduğunu qeyd edib: “Azərbaycan daim çoxmədəniyyətli və çoxkonfesiyalı dövlət, mədəniyyətlərin və dinlərin qovuşduğu bir məkan olub. Bu ənənə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə ikinci dəfə qayıdışı ilə siyasi müstəviyə qaldırıldı və qlobal səviyyədə təbliğ olunmağa başlanıldı. Azərbaycan multukulturalizm modeli uğurlu olmaqla dünya dövlətləri bu modeli əsas götürürlər”.

Lektoriyada çıxış edən millət vəkili Vüqar İskəndərov Ulu Öndərin hər zaman Azərbaycanın çoxmillətli ölkə olaraq etnik rəngarəngliyə və tolerantlığa böyük əhəmiyyət verdiyini vurğulayıb.

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru İlham Məmmədzadə multikulturalizmin siyasi müstəvidə təbliğini Prezident İlham Əliyevin strategiyası olmaqla Azərbaycanın uğuru adlandırıb.

Qafqaz Müsəlmanları İdarəsinin ictimaiyyətlə əlaqələr və ailə problemləri üzrə sədr müavini Qəmər xanım Cavadlı Azərbaycanın çoxdinli, çoxməzhəbli bir dövlət olduğunu vurğulayıb: “Müxtəlif dinlərə mənsub insanların yaşadığı ölkəmizdə heç zaman dini zəmində qarşıdurma olmayıb. Bunun özü həm multikultural münasibətlərin yüksəkliyi, həm də  dini tolerantlıq modelinin mövcudluğunun göstəricisidir”.

Tədbirdə AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun Əliyevşünaslıq şöbəsinin müdiri, t.e.d. Ədalət Qasımov, ADU Multikulturalizm Elmi-Tədqiqat Laboratoriyasının elmi işçisi Təranə Kərimli,  Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun gənc alimi Teymur Sadıqov, Talış İcmasının ağsaqqalı və digər çıxış edənlər, müasir Azərbaycanın banisi Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə tarix boyu ölkəmizdə formalaşan multikultural dəyərlərin yeni inkişaf mərhələsinə qədəm qoyaraq geniş vüsət aldığını vurğulayıblar.

Sonda tədbir iştirakçıları mövzu ilə əlaqəli sərgiyə baxış keçiriblər. Sərgidə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda multikulturalizmin inkişafı istiqamətində gördüyü işləri özündə əks etdirən nəşrlər, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Azərbaycanın mədəni irsinin qorunması, bütün dünyada daha geniş və ən yüksək səviyyədə təbliğindən bəhs edən kitablar yer alıb.

AMEA Mərkəzi Elmi Kitabxanasının

İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi

pr.mek.az@gmail.com

(012) 539-73-67 ( daxili 14-14)

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1921-ci ilin avqust ayında İraqın ilk Kralı I Feysəlin taxta çıxma mərasimi. Ətrafında iraqlılar yox, ingilislər var ...

Redaktor seçimi

SON XƏBƏRLƏR