Slimfit
  1. MEDİA

MEK-də “Coğrafi qloballaşma: informasiya cəmiyyətinin ekoloji və bioetik problemləri” adlı kitabın təqdimatı keçirilib

MEK-də “Coğrafi qloballaşma: informasiya cəmiyyətinin ekoloji və bioetik problemləri” adlı kitabın təqdimatı keçirilib
Sakura

MEK-də “Coğrafi qloballaşma: informasiya cəmiyyətinin ekoloji və bioetik problemləri” adlı kitabın təqdimatı keçirilib

Mərkəzi Elmi Kitabxanada (MEK) Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Sosiologiya İnstitutunun böyük elmi işçisi, fəlsəfə doktoru Məhəmməd Cəbrayılovun “Coğrafi qloballaşma: informasiya cəmiyyətinin ekoloji və bioetik problemləri” adlı kitabının təqdimatı keçirilib.

Kitabın elmi redaktoru, Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə təqdimat mərasimində çıxışı zamanı, nəşrdə müasir dövrün bir sıra aktual problemlərinin fəlsəfi, sosial-siyasi və ekoloji aspektdən təhlil olunduğunu bildirib. Alim, həmçinin “coğrafi qloballaşma” anlayışının ilk dəfə bu nəşrdə elmi dövriyyəyə gətirildiyini və bu fonemlə bağlı prosesin bəşəriyyətin davamlı olaraq coğrafi mühitdə genişlənməsi kimi nəzərdən keçirildiyini vurğulayıb.

AMEA MEK-in baş direktoru, professor Məmməd Əliyev çıxışı zamanı coğrafi qloballaşmada informasiya təhlükəsizliyi, həmçinin geoiqtisadi proseslərdə milli maraqlara qarşı təhdidlər və dövlətlərarası münasibətlərin inkişafına yeni təsirlərin geosiyasi aspektlərinin araşdırıldığı bu kitabı elmi baxımdan yüksək qiymətləndirib. Professor Məmməd Əliyev bu problemlərlə məşğul olan alim, tədqiqatçı, doktorant, magistr və tələbələr üçün nəşrin önəmini xüsusi vurğulayıb. 

Kitabın rəyçisi, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov və digər çıxış edənlər sözügedən monoqrafiyada dünya xalqları və ölkələri arasında baş verən müharibələrin əksəriyyətinin ərazi iddiaları ilə bağlı olması, təbii ehtiyatların qeyri-səmərəli istifadə olunması, ekosistemlərin deqradasiyası, qlobal iqlim dəyişikliyi, informasiya cəmiyyətinin coğrafi qloballaşmaya təsiri və bu kimi məsələlərin multidissiplinar səviyyədə araşdırıldığını qeyd ediblər.

Tədbirin sonunda müəllif, fəlsəfə doktoru Məhəmməd Cəbrayılov kitabın mahiyyətindən danışıb, nəşrin ərsəyə gəlməsində, təqdimat mərasiminin keçirilməsində əməyi keçənlərə təşəkkürünü bildirib.

AMEA Mərkəzi Elmi Kitabxanasının

İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi

pr.mek.az@gmail.com

(012) 539-73-67 ( daxili 14-14)

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ən sürətli təkər üzərində ev öz rekordunu yenilədi. Keçən il onun sürəti 128km/s idi, may ayında bu sürəti 162,61 km/s-a qədər artırdı, indi isə yarım km artırdı.

Redaktor seçimi

SON XƏBƏRLƏR