Slimfit
  1. MEDİA

MEK-də “Azərbaycanın tanınmış qadınları “Vikipediya”da” mövzusunda təqdimat keçirilib

MEK-də “Azərbaycanın tanınmış qadınları “Vikipediya”da”  mövzusunda təqdimat keçirilib
Sakura

MEK-də “Azərbaycanın tanınmış qadınları “Vikipediya”da” mövzusunda təqdimat keçirilib

Tədbiri giriş sözü ilə açan MEK direktoru Leyla İmanova Mərkəzi Elmi Kitabxananın (MEK) Azərbaycanda informasiyanın kontent təhlükəsizliyinin Vikipediya fəaliyyətini Milli Rəqəmsal Yaddaş bazasının formalaşdırılması ilə yanaşı vacib komponentlərindən biri olduğunu vurğuladı, Vikipediyanın Azərbaycan dil bölməsi üzrə statistikasının dinamikasını, eləcə də fəaliyyət alqoritmi barəsində məlumat verdi.  
Sərbəst Ensiklopedik Resurslar şöbəsinin əməkdaşı Mahirə Niftullayeva öz çıxışında Vikipediya Metodik Mərkəzinin komandasının həyata keçirdiyi böyük layihələri, qarşısında duran məqsədləri və “Azərbaycanın tanınmış qadınları “Vikipediya”da”  adlı layihəni təqdim etdi.
Akademik İsa Həbibbəyli Azərbaycanda  son zamanlar  “vikipediya  fəaliyyəti” ifadəsi ilə yanaşı  “vikipediya hərəkatı” ifadəsinin  daha tez-tez səslənməsini , MEK Vikipediya Metodik Mərkəzi tərəfindən istənilən mövzunu əsaslı təhlil olunmasını və işlənilməsini,  komandanın həvəskarlıqdan peşəkarlığa qədər yol keçməsini vurğuladı.
Müzakirələr zamanı Vikipediyanın Azərbaycan dil bölməsində məqalələrin sayının 152000-i ötməsi və 49-cu pilləyə qalxması,  Metodik Mərkəzin könüllüləri tərəfindən Vikipediyanın 15-dən artıq xarici dil bölməsində Azərbaycana dair məqalələrin yerləşdirməsi, Vikipediyanın elmiləşməsi səsləndirildi.  Akademik İsa Həbibbəyli Vikipediyanın xarici dil bölmələrində fəaliyyət in gücləndirilməsini, məqalələrin daha çox etibarlı istinadlarla təmin olunmasını tövsiyə etdi.
Tədbirin sonunda MEK-in Vikipediya Metodik Mərkəzin bütün əməkdaşlarına Vikipediyanın Azərbaycan və xarici dil bölmələrində yaratdıqları məqalələrə, bununla da Azərbaycanda informasiyanın kontent təhlükəsizliyinə verdikləri dəyərli töhvəyə görə təşəkkürnamələr təqdim olundu. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şirvan Bico xalçası, Kanada Tekstil Muzeyinde saxlanılır.

Redaktor seçimi

SON XƏBƏRLƏR