Slimfit
  1. KİTABLAR

MEK bazasına daxil olan növbəti kitablar silsiləsini oxuculara təqdim edir

MEK bazasına daxil olan növbəti kitablar silsiləsini oxuculara təqdim edir
Sakura

MEK bazasına daxil olan növbəti kitablar silsiləsini oxuculara təqdim edir

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA)Mərkəzi Elmi Kitabxanasının (MEK) 

fondları elmi, tarixi, tibbi, coğrafi, siyasi və digər bu yönümlüədəbiyyatlarla zənginləşməkdə davam edir. MEK növbəti dəfə bazasına daxil olan

növbəti kitablar silsiləsini oxuculara təqdim edir.

Daxil olan nəşrlər sırasında “Azərbaycandaonkologiyanın inkişaf tarixi” (1941-2021), “Zəngəzur mahalının kameral təsviri” (1832-1833-cüillər), “Şimal-Şərqi Azərbaycan ilk orta əsrlərdə” adlı kitablar mövcuddur.

“Azərbaycanda onkologiyanın inkişaf tarixi”(1941-2021)- araşdırmada onkologiya üzrə Azərbaycan tədqiqatçılarının 80 il

ərzində dərc olunmuş elmi monoqrafiyalarının, dissertasiya işlərinin və

elmi-publisistik əslərinin məzmunu təhlil edilərək, bu araşdırmaların və aparılan

praktik işlərin ən mühüm nəticələrinin icmalı tərtib olunub. Eləcə də kitabda

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin dünyanın

anoloji elmi mərkəzləri ilə apardığı çoxşaxəli elmi-praktik əməkdaşlıq prosesi

və Mərkəzin 80 ildə keçdiyi yolun əsas mərhələlərindən bəhs edilir. Burada

dünyanın onkologiya sahəsində ən müasir nanotexnologiyaları tətbiq edilmiş,

şöhrəti Azərbaycanın hüdudlarından uzaqlara yayılmış, Cənubi Qafqazın qabaqcıl

elm və müalicə məbədinin fəaliyyəti haqqında konkret faktlar və mətbu-elmi

istinadlarla məlumat verilir.

Azərbaycanın dövlətmüstəqilliyinin bərpasının 30-cu ildönümünə ithaf edilən “Zəngəzur mahalının

kameral təsviri” (1832-1833-cü illər) adlı kitab daxil olan növbəti nəşrlər

sırasındadır. AMEA-nınAbbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun nəşr etdirdiyi vəmüəllifi Nazir Əhmədli olan bu nəşrdə Azərbaycan tarixşünaslığında ilk dəfə

olaraq Qarabağ əyalətinə daxil olan Zəngəzur mahalının 1832-1833-cü illərdə

titulyar müşavir Suşko tərəfindən tərtib edilmiş kameral təsviri verilib.

Kameral təsvirdə Zəngəzur mahalının tarixi coğrafiyası, əhalisinin sayı,

yerləşməsi, sosial-iqtisadi vəziyyəti haqqında məlumat verilir. Bundan başqa

kameral təsvirin materialları əsasında mahalın yer və şəxs adları haqqında

ətraflı məlumat da almaq mümkündür.

 

Həmçinin “Şimal-ŞərqiAzərbaycan ilk orta əsrlərdə” kitabı da MEK-ə yeni daxil olan nəşrlər arasında

yer alıb. Azərbaycan və rus dillərində təqdim olunan bu dəyərli nəşr

tarixçi-etnoqraf alim A.Ş.Orucovun 1995-ci ildə “Şimal-Şərqi Azərbaycan ilk

orta əsrlərdə” mövzusunda müdafiə etdiyi doktorluq dissertasiyası əsasında və

tanınmış alimlərin rəyləri əlavə olunmaqla çapa tövsiyyə olunub. Kitabda

müəllifin şəxsən iştirakı və rəhbərliyi ilə respublikanın Quba, Qusar, Xaçmaz

və digər rayonlarında aparılan elmi ekspedisiyalar zamanı əldə olunan arxeoloji

materialların təhlilinə geniş yer verilib, arxeoloji qazantıların bir sıra

nümunələrinin şəkilləri və onların izahı öz əksini tapıb. Təqdiqat işində

Azərbaycanın tarixinə, burada qədim dövrlərdən yaşayan etnosların

adət-ənənələrinə, məşğuliyyəti və digər sosial-məişət sahələrinə dair maraqlı

faktlar göstərilib. 

Qeyd edək ki, sözügedən nəşrlər e-kataloqadaxil edilərək MEK-in MRY şöbəsi tərəfindən rəqəmsallaşdırılıb.

 

AMEA Mərkəzi Elmi Kitabxanasının

İctimaiyyətlə əlaqələr vəinformasiya şöbəsi

pr.mek.az@gmail.com

(012) 539-73-67 (daxili 14-14)

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Axan bir çayın kənarında olsanız belə, suyu israf etməyin" Məhəmməd peyğəmbər Avstraliyada suların üzərində yazılıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR