Slimfit
  1. MEDİA

MEK 14 fevral – Beynəlxalq Kitab Bağışlama Gününü qeyd edib

MEK 14 fevral – Beynəlxalq Kitab Bağışlama Gününü qeyd edib
Sakura

MEK 14 fevral – Beynəlxalq Kitab Bağışlama Gününü qeyd edib

MEK 14 fevral – Beynəlxalq Kitab Bağışlama Gününü qeyd edib

Ölkənin nüfuzlu kitabxanaları sırasında yer alan AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən 14 fevral – Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə tədbir keçirilib.

Tədbirə Şuşa rayon 6 nömrəli tam orta məktəbin bir qrup şagird və müəllim heyəti ilə yanaşı, öz adlarını Azərbaycan xalqının şanlı tarixinə əbədi yazan qəhrəmanlarımızın- şəhid, qazi və bir qrup müharibə iştirakçılarının övladları, eyni zamanda oxucular qatılıblar.

Tədbirdə MEK-in baş direktoru, professor Məmməd Əliyev uşaqlara kitab bağışlayan və onlarda kitaba məhəbbət yaradan bütün insanları birləşdirən 14 fevral Beynəlxalq Kitab Bağışlama Gününün ölkəmizdə də qeyd edildiyini bildirib. Baş direktor vurğulayıb ki, bu bayram kitaba olan marağı artırmaqla yanaşı, cəmiyyət arasında mütaliə mədəniyyətinin formalaşmasına da müsbət təsir göstərir. Məmməd Əliyev çıxışı zamanı gələcəyimizin qurucuları olan uşaqların dünyagörüşünün inkişafında kitab oxumağın nə qədər vacib məsələ olmasını da xüsusi xatırladıb.

“Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə bütün sahələrə olduğu kimi, elm və təhsilin inkişafına da xüsusi diqqət yetirilmişdir. Bu sahə dahi liderin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir. Mən çox şadam ki, Azərbaycan kitabxana sistemində ilk olan “Qarabağ müharibəsi qəhrəmanları fondu”nun bazasında olan nəşrlər surətlə artaraq torpaqlarımızın azadlığı uğrunda döyüşmüş igid oğullarımızın şücaətləri gələcək nəsillərə ötürüləcək”,- deyə baş direktor vurğulayıb.

Tədbirdə Şuşa rayon 6 nömrəli tam orta məktəbin direktoru Naimə Əliyeva, AMEA Rəyasət Heyəti Aparatının İctimaiyyətlə əlaqələr sektorunun müdiri Leyli Namiqqızı və digər çıxış edənlər ən gənc bayramlar sırasında qeyd olunan bu təqvimin tarixindən danışıb, insanlar, xüsusilə də uşaqlar arasında ömür boyu oxumağa sevgi aşılamaq və ehtiyacı olan uşaqların kitab əldə etmək istəyinin təmin edilməsi baxımından əhəmiyyətini vurğulayıblar.

Daha sonra Vətən müharibəsi şəhidləri Emin Süleymanovun, Sədi Musayevin, Anar Əliyevin övladlarına, Şuşa rayon 6 nömrəli tam orta məktəbin direktoru, müəllimləri və şagirdlərinə gənc yazar Sevindik Nəsiboğlunun müəllifi olduğu nəşrlər, eləcə də MEK fondlarından müxtəlif elm sahələrini əhatə edən dəyərli kitablar, əlfəcinlər hədiyyə edilib, uşaqlar tərəfindən şeirlər səsləndirilib və kitabxana ilə yaxından tanışlıq olub.

Qeyd edək ki, tədbirin davamı olaraq MEK-in daimi oxucusu Zaur Nəcəfova, müharibə əlili Asəf Məhərrəmova bir illik oxucu kartları və kitabxananın digər istifadəçilərinə dəyərli nəşrlər hədiyyə edilib.

AMEA Mərkəzi Elmi Kitabxanasının

İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi

pr.mek.az@gmail.com

(012) 539-73-67 (daxili 14-14)

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu şəkildə gördüyünüz adam 25 erməni əsgərinin qatili Ülfət Həsənovdur

Redaktor seçimi

SON XƏBƏRLƏR