Slimfit
  1. TEXNOLOGİYA

Məhsulların təzəliyini müəyyən edən cib skaneri təqdim olunub

Məhsulların təzəliyini müəyyən edən cib skaneri təqdim olunub
Sakura

Məhsulların təzəliyini müəyyən edən cib skaneri təqdim olunub

Fraunhofer Cəmiyyətinin mühəndisləri tərəfindən hazırlanmış cib skaneri infraqırmızı şüalanmanın köməyi ilə məhsulların təzəliyini yoxlamağa imkan verəcək. Yeni texnologiya insanlar tərəfindən gündəlik atılan qida məhsullarının həcmini azaltmağa imkan verəcək.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Assosiasiyasının məlumatına görə, dünyada istehsal olunan qida məhsullarının 33%-i atılır ki, bu da il ərzində təxminən 1,3 milyard ton deməkdir. İnkişaf etmiş ölkələrdə atılmış qida məhsullarının daşınması üzrə illik xərclərin həcmi 680 milyard dollar təşkil edir.

hightech.fm saytının məlumatına əsasən, insanların qida məhsullarını atmasının əsas səbəblərindən biri onların təzə olmasına şübhə etmələridir. Əsasını yüksək dəqiqlikli yaxın infra-qırmızı qəbuledici təşkil edən yeni sensor bu problemi qismən həll edəcək. Qidanın üzərinə infraqırmızı şüa düşür və əks olunan işıq infraqırmızı spektr üzrə ölçülür. Qurğu qidanın təzəliyi ilə yanaşı, onun yetişmə dərəcəsini də müəyyən edir.

Tədqiqatçılar cihazın ölçülərini kiçiltməklə istehsal xərclərini də azaldıblar.

 

Mənbə: İct.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Süleyman Rüstəmin bacısı yazıçı Cəlal Bərgüşadın həyat yoldaşı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR