Slimfit
  1. MARAQLI

Məhsuldar iclasların sirri: Ceff Bezosun “2 Pizza” qaydası nədir?

Məhsuldar iclasların sirri: Ceff Bezosun “2 Pizza” qaydası nədir?
Sakura

Məhsuldar iclasların sirri: Ceff Bezosun “2 Pizza” qaydası nədir?

Ceff Bezosu, hər halda tanımayan yoxdur. Amerikanın e-ticarət nəhəngi Amazonşirkətinin qurucusu və eyni zamanda CEO –su olan Bezos 152 milyard dollarlıq sərvəti ilə dünyanın ən varlı insanıdır.

Belə nəhəng bir şirkətin rəhbəri olduqda təbii ki, edilməli bir çox iş olur, seminarlar, çıxışlar, sosial layihələr, iclaslar və s. Bütün bunları nəzərə aldığımızda Bezosun gündəliyi olduqca məşğuldur deyə bilərik. Əlbəttə ki, günün əsas hissəsini əhatə edən fəaliyyəti isə Amazon şirkətini idarə etməkdir. Bu isə o deməkdir ki, gün ərzində ən azı iki üç iclasa qatılmalıdır.

İş həyatının içərisində olan hər kəsin bildiyi kimi əksərən iclaslar vaxt itkisi hesab olunur. İş həyatının yazılmamış qaydalarından biridir ki, hər kəs iclasların vaxt itkisi olduğunu bilsə də, müxtəlif qərarların verilməsi, layihələrin həyata keçirilməsi və işlərin qaydasında getməsi üçün saatlarla davam edən həmin iclaslar keçirilir. Bir neçə fincan kofe içilir, səhifələrlə qeydlər götürülür, ancaq necə olursa saatlarla davam edən o iclasların həqiqətən məhsuldar olan qismi yarım saatdan belə az bir müddəti əhatə edir.

Əgər siz də saatlarla davam edən iclaslardan əziyyət çəkirsinizsə, bugünkü məqaləmiz məhz sizin üçün nəzərdə tutulub.

Ceff Bezosun “2 Pizza” qaydası nədir?

Amazon şirkətinin CEO-su Ceff Bezos da bu problemin fərqində olanlardandır. Vaxtını lazımsız iclaslarda keçirməkdən sıxılan Bezos şirkətdə işləri idarə etmək üçün yeni bir üsula müraciət edib. Lazımsız iclasların keçirilməməsi tərəfdarı olan Bezos əgər bir iclas “mütləq” keçirilməlidirsə, bunu müəyyən qaydalar çərçivəsində həyata keçirməyə qərarlıdır. İclasda keçən vaxtın həm səmərəli olması, həm də nəticənin məhsuldar olmasını vurğulayan Bezos bu məqsədə nail olmaq üçün bir qayda müəyyənləşdirib. Bu qaydaya da “2 Pizza” adını verib.

Əslində bu qaydanın əsaslandığı məntiqi yanaşma da çox bəsitdir. Bir iclasa nə qədər çox insan dəvət edərsinizsə, iclasın məhsuldarlığı bir o qədər aşağı düşür. Bəs həll yolu nədir? İki pizza qaydası da məhz bu məqamda köməyə çatır.

“Əsla iki pizza ilə doymayacaq sayda insanla iclas keçirməyin.”

Çox insanla iclas keçirməyin məhsuldarlığa mənfi təsir göstərməsinin bir çox səbəbləri vardır. Hər kəsin qısa bir müddət ərzində fikrini bildirməsinə imkan olmadığı kimi, bu qədər çox insanın dərhal eyni fikirdə razılaşması da demək olar ki, imkansızdır. İclasa gələn iştirakçılardan bir çoxu sadəcə mövzudan xəbərdar olmaq üçün iclas müddətincə orada oturacaq və bu müddət ərzində görməli olduqları müntəzəm işləri də icra edə bilməyəcəklər. Odur ki, kiçik qruplar halında iclas keçirmək daha məqsədə uyğun hesab edilir. İnsanlar fikirlərini bildirməkdən çəkinmirlər, cəld və effektiv həll yolunu tapmağa çalışırlar.

Hər nə qədər Bezosun “2 Pizza” qaydasının təməl prinsipi söhbət iclaslardan getdiyi zaman “az” – ın həmişə “çox” – dan daha yaxşı olması fikrinə əsaslansa da, siz bu qaydanı həyatınızın digər aspektlərinə də tətbiq edə bilərsiniz.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Canavarlar 300 milyon qoxunu seçə bilirlər, insanlar isə cəmi 5 milyon

Redaktor seçimi

SON XƏBƏRLƏR