Slimfit
  1. CƏMİYYƏT

Mehriban Zəkini və Dilarə Əliyevanı müalicə edən həkim danışdı

Mehriban Zəkini və Dilarə Əliyevanı müalicə edən həkim danışdı
Sakura

Mehriban Zəkini və Dilarə Əliyevanı müalicə edən həkim danışdı

Xəbər verdiyimiz kimi, bu gün Saray qəsəbəsi ərasizində saat 18:00 radələrində ağır yol-nəqliyyat hadisəsi zamanı Əməkdar artist Dilarə Əliyeva və Xalq artisti Mehriban Zəki bədən xəsarətləri alaraq Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.

Ens.Az-ın məlumatına əsasən,tibb ocağının həkimi Aqil Yusubov Bizim.Media-nın əməkdaşı ilə söhbətində aktrisaların səhhəti ilə bağlı açıqlama verib.

"Xəstəxanamıza iki şəxs müraciət edib. Onlardan biri Mehriban Zəki qapalı-beyin-kəllə travması, baş-beyin silkələnməsi, döş qəfəsinin və qarnının küt travması, sağ-saidin aşağı üçdəbirinin qapalı azyerdəyişmiş sınığı dianozu ilə reanimasiya şöbəsinə yerləşdirilib.

Bütün müainələr aparılıb. Hazırda onun müalicəsi xəstəxanamızın reanimasiya şöbəsində davam edilir. Digər xəstəmiz Dilarə Əliyeva  da "acıl" şöbəmizə yerləşdirlib. Onun stasionar müalicəyə ehtiyacı yoxdur. Döş qəfəsinin və qarnının küt travması, sağ aşıqbaldıroynağının əzik diaqnozu ilə hazırda xəstəxanamıza yerləşdirilib. Onların ölüm təhlükəsi yoxdur", - deyə həkim vurğulayıb.

Qeyd edək ki, baş verən ağır yol-nəqliyyat hadisəsində Əməkdar mədəniyyət işçisi Oqtay Əluyev 54 yaşında ürəktutmadan dünyasını dəyişib.

Xatırladaq ki, Mehriban Zəki və Dilarə Əliyeva bir az öncə Bakıda yerləşən özəl tibb müəssisələrindən birinə təxliyə olunublar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Mirzə Fətəli Axundzadənin 1850-ci ildə yazdığı "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası Azərbaycan teatrı səhnəsində qoyulmuş ilk dramatik əsərdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR