Dərc edildi: Baxış sayı: 294
Mehriban Vəliyeva yeni vəzifəyə təyin edilib
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva vəzifəsindən azad edilib.
"Ens.az" “Report”a istinadla xəbər verir ki, bu barədə müvafiq əmr imzalanıb.
Daha bir əmrlə M.Vəliyeva Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor müavini vəzifəsinə təyin olunub.
Hələlik keçmiş idarə müdirinin yerinə təyinat olmayıb.
Qeyd edək ki, bu yaxınlarda Elm və Təhsil Nazirliyinin keçmiş şöbə müdiri Eşqi Bağırov Agentliyin direktoru vəzifəsinə təyinat alıb.
Xatırladaq ki, Mehriban Vəliyeva müvafiq əmrlə 2020-ci il 11 dekabr tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilmişdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət