Mehriban Vəliyeva: “Vaksinasiya olunmadan tam dayanıqlı əyani tədrisə keçə bilməyəcəyik”
"Əyani təhsili heç nə əvəz edə bilməz, buna görə vaksinasiya labüd məsələyə çevrilir".
Ens.Az-ın məlumatına əsasən,bunu APA TV-yə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib.
Onun sözlərinə görə, vaksinasiya olunmadan tam dayanıqlı əyani tədrisə keçmək mümkün olmayacaq: "Çünki bu proses uzundur. Çox yaxşı haldır ki, artıq təhsil işçilərinin vaksinasiyası başlayıb. Hətta Bakıda müxtəlif məktəblərdə bunun üçün 10 məntəqə yaradılıb. Həmin məntəqələrdə müəllimlər vaksinasiyadan keçirlər".
M. Vəliyeva deyib ki, artıq yaş məhdudiyyəti olmadan müəllimlər yaxınlaşaraq peyvənd olunurlar: "Arzu edirik ki, vaksinasiya bitsin və ənənəvi təhsilə qayıdaq".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət