Dərc edildi: Baxış sayı: 356
Mehriban Əliyevanın tapşırığı ilə rəsmilər KTM-ə yerləşdirilən xəstələrə baş çəkiblər
Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov və səhiyyə naziri Teymur Musayev Kliniki Tibbi Mərkəzdə (KTM) yerləşdirilən xəstələrə baş çəkiblər.
Ens.az Aoa.az-a istinadən xəbər verir ki, onlar Perinatal Mərkəzdə yanğından zərər çəkmiş xəstələrin vəziyyəti ilə yerində tanış olub, lazım olan köməkliyin göstərilməsi barədə tapşırıq veriblər.
Bundan öncə onlar Respublika Perinatal Mərkəzində olublar.
Xatırladaq ki, yanvarın 9-da Respublika Perinatal Mərkəzində yanğın olub. Hadisədən sonra dörd uşağın meyiti aşkarlanıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət