Slimfit
  1. AZƏRBAYCAN

Mehriban Əliyeva vətəndaşın problemini həll etdi

Mehriban Əliyeva vətəndaşın problemini həll etdi
Sakura

Mehriban Əliyeva vətəndaşın problemini həll etdi

Göyçay sakini Seymur Azadovun mülkiyyət hüququ ilə bağlı problemi Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı əsasında nəzarətə götürülərək, müvafiq qaydada həll edilib. 

Qafqazinfo xəbər verir ki, Seymur Azadov Göyçayın Cəyirli kəndində inşa etdiyi avtomobil təmiri emalatxanasının yerləşdiyi ərazi üzərində mülkiyyət hüququ üzrə mübahisəli məqamlar yarandığından Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib. 

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, müraciət Fondun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən araşdırılıb, məsələnin həlli ilə bağlı aidiyyəti qurumlarla əməkdaşlıq nəticəsində qısa müddət ərzində vətəndaşın avtomobil təmiri emalatxanası üzərində hüquqları təmin olunub, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilib.

Seymur Azadov müraciətinə həssaslıqla yanaşıldığına və məsələnin operativ həllinə görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala döyüşündə təyyarəyə atəş edən 2 top və Osmanlı əsgərləri

Redaktor seçimi

SON XƏBƏRLƏR