Slimfit
  1. AZƏRBAYCAN

Mehriban Əliyeva Bakıda 11 saylı xüsusi təhsil məktəbinin yeni binasının açılışında iştirak edib

Mehriban Əliyeva Bakıda 11 saylı xüsusi təhsil məktəbinin yeni binasının açılışında iştirak edib
Sakura

Mehriban Əliyeva Bakıda 11 saylı xüsusi təhsil məktəbinin yeni binasının açılışında iştirak edib

 Bu gün Bakının Nərimanov rayonunda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan 11 saylı xüsusi təhsil məktəbinin yeni binasının açılışı olub.

"Report" xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva açılışda iştirak edib.

Məktəbin direktoru Şahzadə İsgəndərova burada yaradılan şərait barədə Birinci vitse-prezident Mehriban Əliyevaya məlumat verib. Bildirib ki, 11 saylı xüsusi təhsil məktəbi 1937-ci ildən fəaliyyət göstərir. Bu təhsil ocağının köhnə binası 1897-ci ildə inşa edilmişdi. Heydər Əliyev Fondu tərəfindən aparılan monitorinq nəticəsində məktəb binasının təhsilə tam yararsız olduğu aşkar edilmiş və Nərimanov rayonunda məktəb üçün yeni binanın inşasına qərar verilmişdi.

Birinci vitse-prezident Mehriban Əliyeva məktəbin rəmzi açılışını bildirən lenti kəsib və bu təhsil ocağında yaradılan şəraitlə tanış olub.

Qeyd edilib ki, təhsil müəssisəsinin binasının ümumi sahəsi 4 min kvadratmetrdən çoxdur. Burada 21 sinif otağı, psixoloq, defektoloq, həkim otaqları, idman və akt zalları, yeməkxana var. Eyni zamanda, burada uşaqların istifadəsi üçün kitabxana yaradılıb.

Məktəbin üçmərtəbəli binası 250 şagird yerlikdir. Hazırda 651 nəfər evdə, 137 şagird isə məktəbdə təhsil alır. Məktəbdə 289 müəllim çalışır və onlar autizm, Daun sindromlu, ümumtəhsil proqramını mənimsəyə bilməyən və əqli inkişaf geriliyi diaqnozu olan uşaqlara təlim keçirlər. Ümumtəhsil proqramını mənimsəyə bilməyən şagirdlər də il ərzində aşkarlanaraq bu məktəbə yönləndirilir. Onillik məktəbin tədris planına defektoloq saatları daxil edilib. Eyni zamanda, xüsusi uşaqlar üçün psixoloq saatları ayrılıb. Texnologiya dərslərində isə uşaqların bacarıqları aşkar olunur. Bir sözlə, bu məktəbdə xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil alması, onların təlim-tərbiyəsi ilə hərtərəfli məşğul olmaq üçün bütün imkanlar mövcuddur. Bütün bunlar isə xüsusi qayğıya ehtiyacı olan insanların sosial müdafiəsinin gücləndirilməsi, onların həyat şəraitinin yaxşılaşdırılması, bu qəbildən olanların təhsil problemlərinin həlli istiqamətində son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə əhəmiyyətli addımların atılmasından irəli gəlir. 11 saylı xüsusi təhsil məktəbinin yeni binasının Heydər Əliyev Fondunun təşəbbüsü ilə müasir səviyyədə inşa olunması bir daha sübut edir ki, Fond da bu istiqamətdə dövlətin icra etdiyi layihələrə sanballı töhfələr verir. Bu layihənin icrası aydın şəkildə göstərir ki, humanizm, insani dəyərlərə hörmət, dinindən, dilindən, cinsindən, yaşından asılı olmayaraq hər kəsə diqqət göstərmək Heydər Əliyev Fondunun fəaliyyətində əsas prinsiplərdən biridir.

Məktəbin həyətində geniş abadlıq-quruculuq işləri aparılıb, yaşıllıq zonası yaradılıb, istirahət köşkləri qurulub.

11 saylı xüsusi təhsil məktəbinin yeni binasında yaradılan şəraitlə tanış olan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva bu təhsil ocağına fəaliyyətində uğurlar arzulayıb. 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xurşidbanu Natəvan və Qasım bəy Zakirin də qohumluq əlaqələri vardır. Hər ikisi Cavanşirlər sülaləsindəndir.

Redaktor seçimi

SON XƏBƏRLƏR