Slimfit
  1. BİOQRAFİYA

Məhməd Akif Ərsoy

Məhməd Akif Ərsoy
Sakura

Məhməd Akif Ərsoy - Türk şair və İstiqlal Marşının müəllifi.

Mәhmәd Akif Ərsoy (türk. Mehmet Akif Ersoy, 1873 - 27 dekabr 1936) Türk şair və İstiqlal Marşının müəllifi.

Məhmәd Akif Әrsoy 1873-cü ildə İstanbulun Fateh səmtində dünyaya gəlib. Anası Şərifə Xanımın ata və anası Buxaralıdır. Şərifə xanım Tahir bəylə izdivac bağlamış və bu evlilikdən Məhmәd Akif Әrsoy dünyaya gəlmişdir. M.Akif ilk və orta təhsilini Fatehdə almışdır. Ali təhsil üçün beynəlxalq hüquq institutuna girsə də təhsilini yarımçıq qoyub baytarlıq təhsilinə başlamış, buranı qızıl diplomla qurtarmışdır. Şeir yazmağa baytarlıq məktəbində başlamış, Osmanlı dövlətinin tənəzzül dövründə vətənin işğalçılar tərəfindən tutulmasıyla Anadoluya keçərək xalqı milli azadlıq hərbi üçün ruhlandırmış və böyük işlər görmüşdür. Türkiyə Cümhuriyyətinin qurulmasından sonra Misirə getmiş və Misir Universitetində türk dili dərsləri vermiş, 1936-cı ildə ölkəyə qayıtmış və 27 dekabr 1936-cı ildə dünyasını dəyişmişdir.Mehmet Akif Ersoy XX əsrin ən böyük türk şairidir.

Əsərləri

Süleymaniyə kürsüsündə (1912)
Fatih kürsüsündə (1913)
Haqqın səsləri (1913)
Xatirələr (1917)
Asım (1919)
İstiqlal marşı (1921)
Kölgələr (1933)

 

Ədəbiyyat

Leyla Faiqqızı, Milli istiqlal şairi -Mehmet Akif Ersoy, Bakı:Elm və təhsil, 2014, 164 səh.

 

Şeirləri:

Çanaqqala şəhidinə
Qissədən hissə
İstiqlal marşı
Tək həqiqət
Çocuqlara
Novruza
Rəssam haqlı
Etiraf
Kəndim üçün
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yəhudi alimlər sübut edib ki, bir insan 3 gün davamlı yuxuya gedib yatarsa, o zaman o ayılanda kim olduğunu unudar!

Redaktor seçimi

SON XƏBƏRLƏR