Slimfit
  1. CƏMİYYƏT

Məhkəmələrə ayrılan xidməti avtomobillərin sayı artırıldı - QƏRAR

Məhkəmələrə ayrılan xidməti avtomobillərin sayı artırıldı - QƏRAR
Sakura

Məhkəmələrə ayrılan xidməti avtomobillərin sayı artırıldı - QƏRAR

Azərbaycanda inzibati və kommersiya məhkəmələrinin aparatları üçün verilən xidməti minik avtomobillərinin say həddi müəyyənləşib. 

Bununla bağlı Baş Nazir Əli Əsədov Qərar imzalayıb. 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” 2011-ci il 18 iyul tarixli 120 nömrəli və “Elektrik qurğularının quraşdırılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2020-ci il 11 fevral tarixli 40 nömrəli qərarlarında edilən dəyişikliklərə əsasən, Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarının aparatları (hərbi qurumlar, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat xidmətləri, hüquq mühafizə və prokurorluq orqanları, rayon (şəhər) məhkəmələri istisna olmaqla), mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, onların yanında, tabeliyində olan orqanlar, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin, dövlət xidmətlərinin aparatları və onların yerli bölmələri üçün xidməti minik avtomobillərinin say həddi artırılıb. 

Belə ki, 5 inzibati məhkəmə və 5 kommersiya məhkəmələrinə ümumilikdə 16 xidməti minik avtomobillərinin ayrılması müəyyən edilib.

Bununla da ölkə üzrə fəaliyyət göstərən beş inzibati məhkəməyə 8, beş kommersiya məhkəməsinə isə 8 avtomobilin verilməsi nəzərdə tutulur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarğa yoxsa pişik?

Redaktor seçimi

SON XƏBƏRLƏR