Slimfit
  1. DÜNYA

Məhkəmə Serj Sarqsyanın cinayət işinin dayandırılması ilə bağlı vəsatəti rədd edib

Məhkəmə Serj Sarqsyanın cinayət işinin dayandırılması ilə bağlı vəsatəti rədd edib
Sakura

Məhkəmə Serj Sarqsyanın cinayət işinin dayandırılması ilə bağlı vəsatəti rədd edib

Ermənistanın Konstitusiya Məhkəməsi ölkənin keçmiş prezidenti Serj Sarqsyanın cinayət işi üzrə icraatın dayandırılması barədə vəsatəti rədd edib.

"Ens.az" “Report”a istinadla  xəbər verir ki,bunu onun vəkili Vaaqn Qriqoryan bildirib.

Məhkəmənin hakimi Karapet Badalyanın sözlərinə görə, müdafiəçinin vəsatəti əsassızdır və təmin edilməyib: “Bununla bağlı apellyasiya şikayəti verilə bilməz”.

Qeyd edək ki, S.Sarkisyan və “Flash” şirkətinin sahibi, biznesmen Barseq Beqlaryana qarşı cinayət işi 2019-cu ilin sonunda açılıb. İstintaqın məlumatına görə, 2013-cü ildə ovaxtkı dövlət başçısı Serj Sarqsyan “Flash” şirkətinə himayədarlıq edib.

Şirkətin rəqibləri daha yüksək qiymət təklif etsə də (təxminən bir milyon dollar), hökumətin dizel yanacağının tədarükü üçün tenderini “Flash” udub. Beləliklə, dövlətə 1 milyon dollara yaxın ziyan dəyib.

Baş nazir Nikol Paşinyan hakimiyyətə gələndən sonra bu məsələ araşdırılıb və cinayət işi açılıb.

S.Sarqsyan büdcə vəsaitlərini talamaqda ittiham olunur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

H.Z.Tağıyevin imzası.

Redaktor seçimi

SON XƏBƏRLƏR