Slimfit
  1. CƏMİYYƏT

Məhkəmə DTX-nin həbs etdiyi icra başçısı ilə bağlı qərar verdi

Məhkəmə DTX-nin həbs etdiyi icra başçısı ilə bağlı qərar verdi
Sakura

Məhkəmə DTX-nin həbs etdiyi icra başçısı ilə bağlı qərar verdi

 

Səbail Rayon Məhkəməsində Neftçala rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev və digər vəzifəli şəxslərin barəsində seçilmiş qətimkan tədbirlərinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Ens.az Report.az-a istinadən xəbər verir ki, təqdimata hakim Şəhla Süleymanovanın sədrliyi ilə baxılıb. Qərara əsasən, təqdimat təmin edilib və İ.Vəliyev barəsində seçilmiş həbs qətimkan tədbiri daha 3 ay uzadılıb.

Həmçinin digər vəzifəli şəxslər barəsində seçilmiş qətimkan tədbirlərinin müddətinin artırılması barədə təqdimatlar təminb edilib.

Qeyd edək ki, İ.Vəliyev və digərləri Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçrdiyi əməliyyatla saxlanılıb.

Onlara qarşı rüşvət, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və s. əməllərilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham verilib.

Həmçinin rayonun digər vəzifəli şəxsləri - icra hakimiyyəti başçısının birinci müavini Vurğun Əkbərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov da bu cinayət işi üzrə təqsirləndirilirlər.

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Zəngin Romalılar saatlarla davam edən möhtəşəm ziyafətlərdə yeməyə davam etmək üçün zaman-zaman qusarlardı

Redaktor seçimi

SON XƏBƏRLƏR