Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Məhərrəm Seyidov Mirəziz oğlu

Məhərrəm Seyidov Mirəziz oğlu
Sakura

DOĞUM TARİXİ: 07/09/1952 VƏFAT TARİXİ: 19/01/1990

7 sentyabr 1952-ci ildə Şərur rayonunun Alışar kəndində doğulmuşdur. 1969-cu ildə buradakı N.Nərimanov adına orta məktəbi bitirmişdir. Hərbi xidmətini Xerson şəhərində başa vurduqdan sonra, əmək fəaliyyətinə Daxili İşlər Orqanlarında başlamışdır. 1980-ci ildə Moskva Olimpiadasında ictimai asayişin mühafizəsində fərqləndiyinə görə mükafatlandırılmışdır. Bakı Xüsusi Orta Milis Məktəbini (indiki Polis Akademiyası - red.) bitirmişdir. Şərur rayon Daxili İşlər Şöbəsi yanında mühafizə şöbəsində baş inspektor vəzifəsində çalışırdı. Milis kapitanı idi.

Azərbaycanın Ermənistanla həmsərhəd olan Sədərək rayonu da digər rayonlar kimi erməni quldurları tərəfindən atəşə tutulurdu. 1990-cı il yanvar ayının 16-sı... Erməni silahlı birləşmələri Kərki kəndində öz azğın əməllərinə başlamışdı. Minlərlə erməni qulduru Kərkini darmadağın edərək evləri yandırmış, soydaşlarımızı öz doğma yurd-yuvalarını tərk etməyə məcbur etmişdilər. Onlar daha da azğınlaşaraq, Sədərək rayonuna tərəf irəliləyirdilər. Vəziyyət son dərəcə gərgin idi. Təhlükə barədə Şərur rayon Daxili İşlər Şöbəsinə məlumat daxil olanda, bir qrup polis əməkdaşı hadisə yerinə göndərildi. Məhərrəm Seyidov da bu sırada idi. Yanvarın 18-i... Sədərəyə yaxın postlarda qanlı döyüşlər gedirdi. Düşmən böyük itki vermişdi. Buna baxmayaraq, geri çəkilmək istəmirdi. 1990-cı il yanvarın 19-da Sədərəyin müdafiəsi təmin olunsa da, xeyli ölən və yaralanan var idi. Kapitan Azər Seyidov mühasirəyə düşmüşdü. Onu azad etmək üçün Məhərrəm yenidən döyüşə atılır. O, güllə yağışı altında özünü Azərə yetirir. İndi onun özü də düşmən əhatəsində qalmışdı. Çətinliklə də olsa, öz döyüş yoldaşını mühasirədən çıxarır, lakin özü qəhrəmancasına həlak olur.

Ailəli idi. Dörd övladı var.

Azərbaycan Respublikası prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə kapitan Seyidov Məhərrəm Mirəziz oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Ölümündən sonra “Qırmızı Ulduz” ordeni ilə təltif olunmuşdur. Şərur rayonunun Şəhidlər xiyabanında dəfn edilmişdir.

Şərur şəhərində adına küçə var, tuncdan büstü qoyulmuşdur. 2 saylı Şərur şəhər orta məktəbi onun adını daşıyır.

 

Mənbə: Milliqahramanlar.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlan özünün dili ilə ətraf mühitdən hissəciklər toplayır və onları ağız boşluğuna "analiz etmək" üçün göndərir. Bu prosedur ona qurbanını izləməyə və təhlükəni hiss etməyə kömək edir.

Redaktor seçimi

SON XƏBƏRLƏR