Slimfit
  1. CƏMİYYƏT

Məhərrəm ayının daxil olacağı tarix bəlli oldu: toylarla bağlı AÇIQLAMA

Məhərrəm ayının daxil olacağı tarix bəlli oldu: toylarla bağlı AÇIQLAMA
Sakura

Məhərrəm ayının daxil olacağı tarix bəlli oldu: toylarla bağlı AÇIQLAMA

"Azərbaycanda məhərrəm ayı avqustun 10-da başlayır. Həmin tarixdən 60 gün sonra məhərrəmlik başa çatır".

Ens.az xəbər verir ki bunu "ölkə.az"a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli deyib.

Azərbaycanda iyulun 1-dən etibarən 150 nəfərədək toyların keçirilməsinə icazə verilib. Avqustun 10-dan isə məhərrəmlik başlayır.

Bir ildən artıq müddətdə toyların keçirilməməsi, üstəlik "Delta" ştammı ilə əlaqədar bir çox ölkələrdə yenidən karantin tətbiq edilməsini nəzərə alaraq insanlar toylara yenidən qadağa qoyulacağını düşünür.

Hacı Şahin isə söyləyib ki, Məhərrəmlik matəm ayı sayılır:

"Ümumiyyətlə, bu ayda İmam Hüseynə hörmət əlaməti olaraq insanlar əsrlərdir Azərbaycanda şadlıq mərasimləri keçirmirlər.

Ona görə də güman etmirəm ki, məhərrəm ayında insanlar toy etsin. Çünki səfər ayı bir matəm kimi də qeyd olunur. Hər bir halda insanlar yəqin ki, həmişə olduğu kimi buna riayət etməyə çalışacaqlar".

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş ilk 11 nəfərdən biri rus əsilli Yuri Petroviç Kovalyovdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR