Slimfit
  1. CƏMİYYƏT

Məhərrəm ayı ilə bağlı restoran sahiblərinə çağırış

Məhərrəm ayı ilə bağlı restoran sahiblərinə çağırış
Sakura

Məhərrəm ayı ilə bağlı restoran sahiblərinə çağırış

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ictimai-iaşə obyektlərinin sahiblərinə çağırış edib.

Bu barədə Ölkə.az-a nazirliyin mətbuat katibi İradə İbrahimova məlumat verib.

"Ölkə ərazisində fəaliyyət göstərən restoran və ictimai-iaşə obyektlərinin sahiblərinə çağırış edirik ki, Məhərrəm ayında toyların olmaması fürsətindən yararlanaraq və bunu bir imkan kimi dəyərləndirərək, obyektlərindəki təmizləyici qurğuların texniki göstəricilərinin normalara uyğunluğunu təmin etsinlər, filtrləri vaxtında dəyişsinlər, havaya normadan artıq tullantı atılmasına yol verməsinlər", - o qeyd edib.

İ.İbrahimovanın sözlərinə görə, bir sıra restoran və ictimai-iaşə obyektlərində təmizləyici qurğuların quraşdırılmasına baxmayaraq, təəssüf ki, onlara vaxtaşırı xidmət göstərilmir, filtrləri vaxtında dəyişdirilmir və nəticədə havaya normadan artıq tullantı atılır:

“Bir daha iaşə obyektlərinin sahiblərindən tələbimiz odur ki, təmizləyici qurğuların texniki göstəricilərinin normalara uyğunluğunu yoxlasınlar".

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan qadınları, Şuşa, Qarabağ, 1920

Redaktor seçimi

SON XƏBƏRLƏR