Slimfit
  1. BİOQRAFİYA

Məhəmmədəli bəy Məxfi

Məhəmmədəli bəy Məxfi
Sakura

Məhəmmədəli bəy Məxfi - Azərbaycanlı şair

Məhəmmədəli bəy Məşədi Əsədulla bəy oğlu Vəliyev – Azərbaycanlı şair, titulyar müşavir, Baharlı tayfasının nümayəndəsi.Məşədi Əsədulla bəy Vəliyevin oğlu.

Məhəmmədəli bəy Məşədi Əsədulla bəy oğlu 1832-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Atası Məşədi Əsədulla bəy Hacı Həsənəli bəy oğlu Vəliyev Şuşada tacir kimi tanınmışdır. İbtidai təhsilini atasından almışdı. Sonra mədrəsədə təhsilini davam etdirmişdi. Şuşa qəza məktəbində rus dilini öyrənmişdi. Şamaxı, Tiflis, İrəvan və Şuşa qəza idarələrində məmur işləmişdi. Mülki xidmətə tərcüməçilikdən başlamışdı. Quberniya katibi çinindən titulyar müşaviri çininə qədər ucalmışdı. O, 1892-ci ildə varissiz vəfat edib. Nədənsə Mir Möhsün Nəvvab onun 1890-cı ildə rəhmətə getdiyini yazır. Amma şairin bütün hüquqi sənədlərində 1892-ci il qeyd edilmişdir.

Məhəmmədəli bəy şair idi. Məxfi təxəllüsü ilə incə təbli şeir yazırdı. Mir Möhsün Nəvvab, Məhəmməd ağa Müctəhidzadə və başqa təzkirəçilər, tədqiqatçılar ondan bəhs etmişlər.

Son tәdqiqatda Mәxfinin "Beyti-xamuşan" deyil, "Mәclisi-üns" әdәbi mәclisinin üzvü olduğu göstәrilir. "Mәclisi-üns" XIX әsrin ikinci yarısında (1864-1897) Xurşudbanu Natәvanın evindә tәşkil olunmuş әdәbi mәclisdir. Fәal üzvlәri: Natәvan, Mirzә Rәhim Fәna, Mirzә Әliәsğәr Novrәs, Mәhәmmәdәli bәy Mәxfi vә başqaları.

Orxan Məmmədov (Baharlı) ""Əhvalati-Qarabağ" əsərinin müəllifi haqqında" adlı məqaləsində ("Elm" qəzeti, 8 avqust 2001-ci il) 1888-ci ildə qələmə alınmış "Əhvalati-Qarabağ" kitabının müəllifi olan Baharlının faktlar əsasında Məhəmmədəli bəy Məxfi olması qənaətinə gəlmişdir.

 

Şeirləri

Dən-dən ərəğ duşəndə ruxi-əhmər üstünə
Hәr kәsin kim, can üçün bir mehriban cananı yox
Xeyr edərmi mən mərizə hec bir qan, ey təbib
Mətləbim kuyində didar-i camalındır sənin
Muftiyi-şəhr ki yol tapmadı meyxanəmizə
Müsәlsәl türreyi-tәrrar gahi rast, gahi kәc
Oğrun yenә әğyarә baxar yar içәridәn
Olmasın bir ləhzə kəm, yarəb, başımdan şuri-eşq
Rəhm qılmaz məni-dilxəstəyə, cananıma bax

 

Digər

"Əkinçi", 18 noyabr 1875, №9/İrəvandan məktubdu
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yunanıstanın ikinci böyük şəhəri olan Saloniki 1997-ci ildə Avropa mədəniyyət paytaxtı seçilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR